Icma.az
close
up
RU
Düşmənə vurduğu zərbələrin hər biri qəhrəmanlıq idi

Düşmənə vurduğu zərbələrin hər biri qəhrəmanlıq idi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Milli Qəhrəmanın doğum günüdür

Erməni daşnakları xalqımıza qarşı həmişə düşmənçilik mövqeyində durmuş, şəhər və kəndlərimizdə qanlı faciələr törətmiş, dinc əhaliyə olmazın əzab-əziyyətlərini vermiş, hər vasitə ilə öz mənfur niyyətlərini reallaşdırmağa çalışmışlar. Birinci Qarabağ savaşında erməni quldurları öz havadarlarının köməyi ilə Azərbaycan ərazilərində bir sıra vəhşiliklər törətmişlər. Vətənin taleyi təhlükədə olanda cəsur, qəhrəman oğullarımız bir nəfər kimi Vətənin müdafiəsinə qalxmış, odlu səngərlərdə daşnaklara sarsıdıcı zərbələr endirmişlər.

XX əsrin sonlarında ermənilərin Azərbaycana xaincəsinə təcavüzü zamanı Sergey Murtuzəliyev də könüllü olaraq döyüş meydanına atılmışdır.

Sergey Murtuzəli oğlu Murtuzəliyev 17 noyabr 1963-cü ildə Bakının Pirallahı qəsəbəsində dünyaya göz açmışdır. Uşaqlıqdan təyyarəçi olmaq istəyirdi. Sergey orta məktəbdə təhsilini uğurla başa çatdırdıqdan sonra təyyarəçilər məktəbinə daxil olmuşdur. Məktəbi bitirdirdikdən sonra isə təhsilini Yeyski Ali Hərbi Aviasiya Məktəbində davam etdirmişdi.

Sergey Murtuzəliyev bir müddət Rusiya Federasiyasında çalışsa da qəlbi hər zaman Azərbaycanda idi və günlərin birində Sergey Azərbaycana döndü, Kürdəmirə gələrək hərbi aviasiya alayında xidmətə başladı. Polkovnik-leytenant rütbəsinə yüksəldi.

Birinci Qarabağ savaşı başlayanda Qarabağ səmasında ilk uçuş edənlərdən biri də polkovnik-leytenant Sergey Murtuzəliyev oldu. O, qısa müddətdə ad-san qazandı. Belə ki, Sergeyin təyyarəsi erməni yaraqlıları tərəfindən iki dəfə vurulsa da bu çətin məqamda təyyarəni yerə endirməyi bacarmış, özü də heç bir xəsarət almamışdı. O, dəfələrlə Qarabağa uçuşlar etmiş, əhalinin təhlükəsiz yerə çıxarılmasında böyük rəşadət, şəxsi igidlik göstərmişdir.Sergey Murtuzəliyev xidmət etdiyi hissədə nüfuz və hörmət qazanmışdır. Sergeyin düşmənə vurduğu zərbələrin hər biri bir qəhrəmanlıq idi. Bir sözlə, təcrübəli təyyarəçinin adı bir əfsanəyə çevrilmişdi.

30 avqust 1993-cü il... Təlim uçuşu... Vətənini sevən, daşnak quldurlarına dərin nifrət bəsləyən polkovnik-leytenant Sergey Murtuzəliyev təyyarənin sirlərini öyrədərkən qəzaya uğradı. Son mənzili Dərbənd şəhərindəki Darğuş kənd qəbiristanlığı oldu.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə polkovnik-leytenant Sergey Murtuzəli oğlu Murtuzəliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Kürdəmir Hərbi Aviasiya alayında onun büstü qoyulmuşdur.

Müşfiq MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Noyabr 2026 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri