Fransada sakinlər yenidən etiraza çıxdılar KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Fransada yaşayış xərclərinin artmasına etiraz olaraq genişmiqyaslı aksiya keçirilir. Nümayiş Parisdə baş tutur.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Fransa həmkarlar ittifaqları daha əvvəl noyabrın 17-də ümummilli tətil keçirməyə çağırıblar.
BFMTV telekanalının məlumatına görə, aksiyaya ümumilikdə 360 min nəfərədək insanın qoşulacağı gözlənilir.
Nümayişçilər Parisin şərqində yerləşən Millət meydanından yürüşə başlayaraq şəhərin cənubundakı İtaliya meydanına doğru hərəkət edirlər. Aksiyaya həmkarlar ittifaqları ilə yanaşı, tələbə təşkilatlarının nümayəndələri və yuxarı sinif şagirdləri də qatılıblar.
Etirazçılar həmkarlar ittifaqlarının bayraqlarını, eləcə də maaşların artırılması tələbi və polis zorakılığını pisləyən şüarların yer aldığı plakat və transparantları qaldırıblar.
Fransada etirazlar sentyabrın ortalarında başlayıb. Həmin vaxt Parisətrafı ərazilərdə məktəblərdə şəraitin yaxşılaşdırılmasını tələb edən yuxarı sinif şagirdləri küçələrə çıxıblar. Sonradan qiymət artımından narazı olanlar da onlara qoşulublar. Nəticədə aksiyalar ölkənin digər bölgələrinə də yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 17 Noyabr 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















