Luçano Spaletti A Seriyasında bunu bacaran 6 cı məşqçi oldu
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Yuventus" ötən gün A Seriyasının 12-ci turu çərçivəsində öz meydanında "Venetsiya"nı darmadağın edib (4:0). Sport24.az xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Luçano Spaletti üçün bu qarşılaşma A Seriyasında məşqçi kimi keçirdiyi 600-cü oyun olub.
30 ildən çox davam edən məşqçilik karyerası ərzində 67 yaşlı italiyalı mütəxəssis bir dəfə – 2022/23 mövsümündə "Napoli" ilə çempion olub.
O, karyerası ərzində həmçinin "Empoli", "Sampdoriya", "Venetsiya", "Udineze", "Roma" və "İnter" kimi klubları çalışdırıb.
Spalettinin rəhbərliyi altında komandalar bu 600 oyunda 309 qələbə qazanıb, 144 dəfə heç-heçə edib və 147 dəfə məğlub olublar.
Qeyd edək ki, Spaletti A Seriyası tarixində 600 oyun həddinə çatan altıncı məşqçi olub. O, Karlo Matstone (792 oyun), Nereo Rokko (748), Covanni Trapattoni (689), Can Pyero Qasperini (649) və Nils Lidholm (635)-un yer aldığı siyahıya qoşulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 23 Noyabr 2026 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















