ABŞ da konsert zamanı atışma olub, 9 nəfər yaralanıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın Kaliforniya ştatının mərkəzi hissəsində konsert zamanı baş verən silahlı insident nəticəsində 9 nəfər yaralanıb.
APA xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, hadisə şənbə günü axşam saatlarında Tulare dairəsinin Stratmor şəhərində baş verib.
Təxminən 150 nəfərin iştirak etdiyi konsert zamanı naməlum şəxslər izdihama atəş açıblar.
Yaralılardan 26 yaşlı kişinin vəziyyəti ağırdır. O, sinəsindən güllə yarası alıb və əməliyyat olunub. Daha iki nəfər əməliyyata ehtiyac duyub, digər altı nəfər isə yüngül xəsarət alıb.
Hücumun dəstə münaqişəsi ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Hələlik hadisə ilə bağlı heç kim saxlanılmayıb.
Polis əhali üçün artıq təhlükənin olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 23 Noyabr 2026 07:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















