“Milan”dan 5 qol, “İnter”dən 4:4 lük heç heçə VİDEO
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliya A Seriyasında XII turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, “Milan” doğma meydanda “Frozinone”ni 5:1 hesabı ilə məğlub edib.
Milan təmsilçisinin heyətində Qonsalu Ramuş, Ardon Yaşari, Alfa Co Sisse və Kristian Pulişiç fərqləniblər. Qonaqların futbolçusu Qabriele Kalvani isə avtoqol müəllifi olub.
Bu qələbədən sonra xallarının sayını 27-yə çatdıran “Milan” turnir cədvəlində dördüncü pilləyə yüksəlib.
Günün ən məhsuldar qarşılaşması isə Berqamoda baş tutub. “Atalanta” ilə “İnter” arasında keçirilən görüş 4:4 hesablı heç-heçə ilə yekunlaşıb.
Qonaqların heyətində Françesko Pio Espozito het-trik edib. Digər qolu Petar Suçiç penaltidən vurub. “Atalanta”nın heyətində Şarl de Ketelare iki dəfə fərqlənib, Elif Elmas və Frank Kessie isə hərəyə bir qol vurublar. Meydan sahibləri sonuncu qolu əsas vaxta əlavə olunmuş dəqiqələrdə penaltidən vuraraq məğlubiyyətdən xilas olublar.
Bu nəticədən sonra “İnter” 29 xalla üçüncü pillədə qərarlaşıb. Komanda lider “Latsio”dan 3, ikinci yerdəki “Roma”dan isə 1 xal geri qalır.
“Yuventus” da turu böyükhesablı qələbə ilə başa vurub. Turin təmsilçisi “Venetsiya”nı 4:0 hesabı ilə məğlub edərək 21 xalla altıncı pilləyə yüksəlib.
İtaliya A Seriyası, XII tur
22 noyabr
“Yuventus” – “Venetsiya” 4:0
“Bolonya” – “Udineze” 1:1
“Sassuolo” – “Cenoa” 0:2
“Milan” – “Frozinone” 5:1
“Atalanta” – “İnter” 4:4
Günün oyunları bu kanallarda - TV AFİŞA “Real Madrid” geridönüşlə qalib gəldi, “Barselona”ya çatdı “Amed”in futbolçusu yoxa çıxdı – Baş məşqçi yerini bilmir Günün oyunları bu kanallarda - TV AFİŞA “Real”da yeni müqavilə - RƏSMİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 23 Noyabr 2026 07:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















