ASAN könüllülərinin “InnoCamp 2” düşərgəsi başa çatıb
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində “InnoCamp 2 – ASAN könüllülərinin innovasiya düşərgəsi” keçirilib.
Newscenter.az xəbər verir ki, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən düşərgənin əsas məqsədi gənclərin süni intellekt və robototexnika sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, texnoloji yeniliklərə maraqlarını artırmaq və komanda işi, yaradıcı düşünmə qabiliyyətlərini formalaşdırmaq olub.
Layihə müddətində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və "MilliSec" şirkətinin əlaqəli sahələr üzrə mütəxəssislərinin təqdimatında interaktiv təlimlər təşkil olunub.
Layihə müddətində Gəncə regionundan olan 76 gənc intensiv təlim və sessiyalarda iştirak edərək innovasiya, texnologiya və müasir rəqəmsal həllərlə bağlı biliklərini genişləndirmək imkanı əldə ediblər. Eyni zamanda komanda işi, yaradıcı yanaşma və praktiki problemlərin həlli istiqamətində yeni biliklər əldə ediblər.
Düşərgə gənclərin yeni biliklər qazanması, ideyalarını bölüşməsi və innovativ təşəbbüslər ətrafında bir araya gəlməsi üçün əlverişli platforma yaradıb.
Sonda bütün iştirakçılar sertifikatlarla təltif olunublar.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:ASAN Könüllülərinin ekoloji layihəsi başa çatıb
18 Noyabr 2024 14:12
“ASAN xidmət”in “RoboCode” düşərgəsi başa çatıb
08 Aprel 2025 16:40
“Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” uğurla başa çatıb FOTOLAR
21 Dekabr 2025 17:12
ASAN könüllülərinin “Könüllülər Yurdu Azərbaycan” layihəsi başa çatıb FOTOLAR
13 Aprel 2026 11:07
ASAN könüllülərinin COP29 çərçivəsində reallaşdırdığı ekoloji layihə başa çatıb AZƏRTAC
18 Noyabr 2024 14:24
Baxış sayı:44
Bu xəbər 26 Noyabr 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















