16 ildən sonra MİQ ə qatıldı yüksək nəticə göstərdi
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Abdullayeva Gülnar 16 illik fasilədən sonra ilk dəfə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak edərək 90.50 bal toplayıb.
Modern.az xəbər verir ki, O, MİQ-in müsahibə mərhələsi ilə bağlı təəssüratlarını AzEdu.az-la bölüşüb:
“2006-cı ildə Azərbaycan Universitetinin tarix fakültəsinə daxil olmuşam və 2010-cu ildə təhsilimi bitirmişəm.
Universiteti bitirdikdən sonra 16 il ərzində ailə vəziyyətimlə əlaqədar işləməmişəm, yəni pedaqoji fəaliyyətim olmayıb.
Lakin müəllimlik sevgisi mənə həmişə həvəs verdiyi üçün 16 ildən sonra bu il ilk dəfə MİQ imtahanında iştirak etdim və 90.50 bal topladım.
Müsahibə mərhələsində də nəticəmin yaxşı olacağına inanıram. Çünki münsiflər heyəti çox mehriban və obyektiv idi. Suallara layiqincə və ətraflı cavab verdiyimi düşünürəm.
Müsahibə sualları normal səviyyədə, bilik və bacarıqlara əsaslanan suallar idi. Müəllimin məktəbdəki pedaqoji fəaliyyəti, tədris zamanı şagirdlərlə davranışı, həmçinin müəllimin psixoloji yönümü və ixtisas biliyi qiymətləndirilirdi.
Müsahibə zamanı hər şey qənaətbəxş keçdi. Əlbəttə ki, həyəcan var idi, amma onu cilovlamağı bacardığımı düşünürəm.
Müsahibə mərhələsinə hazırlıq prosesində müəllimlərimin də köməyi olub və onların tövsiyələri üzərində çalışmışam. Mənə göstərdikləri dəstəyə görə müəllimlərimə çox təşəkkür edirəm.
Gələcəkdə pedaqoji fəaliyyətimi öz rayonumuzda Xaçmazda davam etdirmək istəyirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 26 Avqust 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















