16 milyonluq biznes əmi və uşaqları üz üzə qoydu Sabirabadda fabrik üstündə dava
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Sabirabad quşçuluq şirkətinin təsisçisi öz qardaşı övladlarından şikayətçidir. Dilavər Babaşovun sözlərinə görə, qardaşı övladları onun etibarından sui-istifadə edərək fabriki onun əlindən almaq istəyirlər. 2022-ci ildə o qardaşı övladları ilə razılaşaraq müəssənin bir hissəsini onların adına keçirib. İndi mərhum qardaşının həmin övladları vədə əməl etmirlər. Qarşı tərəf də əksini iddia edir.
Dilavər Babaşovun sözlərinə görə, fabrikə 16 milyon manat qiymət qoyulubmuş:
"Qardaşımın övladları dedilər ki, biz o pullarla başqa işlər görəcəyik. Onun 50 faizini qoyacağıq banka, 8 milyonu isə sənə verəcəyik. Çox gözlədim, heç bir nəticə əldə olunmadı. 2024-cü ildə onları məhkəməyə verdim. İstəyirəm ki, həmin payı geri alım və onlarla işləməyim".
Bu mübahisəyə necə son qoyula bilər?
Milli.Az xəbər verir ki, qarşı tərəfin sözlərinə görə, bu fabriki onların ataları tikib. Məhkəmədə isə qarşı tərəf qalib gəlib, yəni Dilavər Babaşovun iddiası rədd edilib.
Görünən odur ki, 2 şəxs arasında olan ədavətə son olaraq məhkəmə müstəvisində yenidən aydınlıq gətiriləcək. Nəticəni isə zaman göstərəcək.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 15 May 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















