Icma.az
close
up
RU
16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

16 noyabr Beynəlxalq Tolerantlıq günüdür! Bu tarix 1995–ci ildən UNESCO səviyyəsində dünyanın bir çox ölkələrində Beynəlxalq Tolerantlıq günü kimi qeyd olunur. Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar. Ölkəmiz müasir dünyada nümunəvi tolerantlıq məkanı olmuş və multikulturalizm mərkəzlərindən biri kimi şöhrət qazanmışdır.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada multikulturalizmin və tolerantlığın ən mükəmməl modelini yaradıb.

Ölkəmiz əsrlər boyu ərazisində mövcud olan bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşıb. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi buna misaldır. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır.

Tolerantlıq irqçiliyi, dini dözümsüzlüyü, terror və ekstremizmi birmənalı şəkildə qətiyyətlə rədd edir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir.

Azərbaycanda təkcə kilsələr və sineqoqlar deyil, həm də çoxsaylı xristian və yəhudi ibadət evləri fəaliyyət göstərir. Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, ərazisində müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır.

Azərbaycan torpaqlarında – Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanın müxtəlif bölgələrindən olan azsaylı xalqların nümayəndələri də Vətən qarşısında öz borclarını yerinə yetirmişlər. Azərbaycanda minlərlə ləzgi, avar, talış, yəhudi, rus, saxur və digər azsaylı xalqlar yaşayır. Onlar doğma torpaqlarımızın qaytarılması uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşlar.

Digər millətləri ölkəsindən didərgin salan Ermənistandan fərqli olaraq, Azərbaycan öz ərazisində müxtəlif xalqlar üçün qardaşlıq məkanı olmuşdur.

Azərbaycanda yaşayan azsaylı xalqlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan-Ermənistan sərhədindəki nizamlama mövqeyini qətiyyətlə dəstəkləyirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri