Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

16 yaşlı çapar: “At belində fəndlər edə bilən rəqibim yoxdur” MÜSAHİBƏ İdman və Biz

16 yaşlı çapar: “At belində fəndlər edə bilən rəqibim yoxdur” MÜSAHİBƏ İdman və Biz

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycanda atçılıq ən qədim dövrlərdən bəri mühüm bir yer tutmuş və bu, həm kənd təsərrüfatında, həm də idman sahəsində böyük əhəmiyyət daşıyır. Atçılıq həm də zəngin bir idman sahəsidir. Tarix boyu at yarışı və digər at idman növləri Azərbaycanda geniş yayılıb və xalq arasında böyük bir məşhurluq qazanıb. Bu gün də atçılıq idman növü həm Azərbaycanda, həm də digər ölkələrdə böyük maraq doğurur.

Ənənəvi atçılıq idman növləri, xüsusən də sürət yarışları, atlı döyüşlər və s. kimi müxtəlif disiplinlər bu sahənin davamlı inkişafına təkan verir. Azərbaycanlılar atları həm də özlərinin mədəniyyətinin ayrılmaz bir hissəsi kimi qiymətləndirir və atçılıq ənənələrini qoruyub saxlayırlar.

Atçılıq ənənələrimizi davam etdirən çaparlardan biri də 16 yaşlı Gülay Fərzəliyevadır. Onun doqquz yaşı olanda Sumqayıt Dənizkənarı Bulvar ərazisində at üzərində riskli manevrlər icra etdiyi görüntülər sosial şəbəkələrdə geniş yayıldı və böyük rezonans doğurdu. Gülayın videosu Azərbaycanla yanaşı bir çox ölkələrdə də məşhurlaşdı.

İdman.biz xəbər verir ki, Sumqayit24.az-ın əməkdaşı çapar Gülay Fərzəliyeva ilə danışıb.

Müsahibəni təqdim edirik:

– Gülay, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.
– Mən 22 avqust 2009-cu il tarixində anadan olmuşam. 4 yaşımdan bəri at sürürəm. Hətta yəhərsiz at da çapmışam. Onu çox rahat sürürdüm. At sürməyi mənə atam öyrədib. Bu il 16 yaşım tamam olacaq. 11-12 ildir ki, mən at sürürəm.

– Sosial şəbəkələrdə at çapan yerdə çəkilən videolarınızı gördük. Bu barədə danışmağınızı istərdim.
– Sosial şəbəkələrdə yayılan video lentə alınanda mənim 9 yaşım vardı. Atın üzərində manevr edirdim. Atam o videonu sosial şəbəkədə paylaşdı. Həmin görüntüləri çox adam götürüb paylaşdı. Hər kəsin xoşuna gəldi. Bir qədər şoka düşdülər ki, asfaltın üstündə, bu yaşda belə at sürmək olarmı? Bu video bütün xəbər səhifələrini bəzədi. Hətta videoçarx Türkiyə və ərəb ölkələrində də yayıldığı üçün məni ərəb qızı sanmışdılar.

– Nə zamandan at çapmağa başladınız? At ilə tanışlığınız necə yarandı?
– Atamın sayəsində at sürürəm. O mənə öyrətmişdi. Təkcə atları yox, bütün heyvanları sevirəm. Bizim atlarımız var idi. Atları sürəndən sonra daha çox sevirəm.

– Gülay, heç atdan qorxmusunuz?
– Atı uşaq yaşlarımdan sürürəm. Uşaq olanda insan çox şeyi dərk etmir. Əslində atın arxasına keçəndə adamı vura bilər. Elə at var ki, adamı dişləyir. Hər atın özünün fərqli xüsusiyyətləri var. Amma mən yenə də qorxmamışam. Atam da daha sonra bu heyvanla necə rəftar etmək lazım olduğunu mənə öyrətdi.

– Atlar sahiblərinin qoxusuna da həssasdırlar. Bu fikir düzdür?
– Bəli, atlar öz sahibini tanıyır. Eləsi də var ki, yaxınına buraxmır. Hər kəslə yola gedəni də var, xasiyyəti tünd olanı da var. Hər adam onu sürə bilmir. Çox sakit olan atlar da az deyil.

– Qədim zamanlarda da qızlarımız at çapıblar. Sanki ənənəni davam etdirirsiniz.
– Keçmiş dövrdə də nənə və babalarımız at sürüblər. İndi çox adam at sürməkdən, at belinə qalxmaqdan qorxur. Hansı valideyn buraxar ki, övladı atın yanına getsin? İcazə vermirlər, ehtiyat edirlər. Vurmağından qorxurlar. Atın insanı öldürdüyü hadisələr də olub. Heç bir valideyn bu riski gözə almır. Mənim atam isə bu riski gözə aldı. Mən uşaq olanda atın yanına da gedirdim, atam isə heç nə demirdi.

– Konkur idman növü ilə məşğulsunuz. Nə vaxtsa sonlandırmağı düşünürsüz?
– Bəli, konkur idman növü ilə məşğulam. Düzdür, bir qədər çətindir. Bu idman növünə də çox valideyn uşağını qoymur. Çünki çox təhlükəlidir. Hələ ki, fəaliyyətimi sonlandırmağı düşünmürəm. Bəlkə də ölən zaman sonlanar..

– Yaşıdlarınızın reaksiyası necədir? Heç sizdən öyrənmək istəyən qızlar olub?
– Əslində qızlar at sürməyi xoşlasalar da, qorxularından bu işə qol qoymurlar. Yaşıdlarım çox qorxurlar. Nəinki yaşıdlarım, hətta çox insan qorxur. Mənim tələbələrim də var. At sürmək öyrədirəm. Amma elələri var ki, nə qədər öyrənsələr də, qorxurlar. Elə adam da var ki, qorxunu onda yox edə bilmişik.

– Yəqin ki, çox zədə almışınız.
– Əlbəttə, zədə almışam. Atdan çox yıxılmışam. Bu elə idman növüdür ki, yıxılmasan, mümkün deyil. Hər at sürən ən azı 1 dəfə də olsa, yıxılır.

– Atlara təlim keçirsinizmi?
– Elə at var ki, sözün əsil mənasında dəlidir. Onların beyni sıfır olur. Atı da öyrətmək lazımdır. Amma bu o qədər də asan deyil. Atdan-ata fərq var. Eləsi var ki, tez öyrənir. Eləsi də var ki, xasiyyəti o qədər tünddür ki, 1 ilə normallaşa bilər. 2-3 gün atı çapmasan, at özü yadırğayacaq. Hər zaman qaydasında minmək lazımdır.

– Özünüzə rəqib kimi görürsünüz?
– Xeyr. Mənim kimi at belində fəndlər edə bilən rəqibim yoxdur. Riskli idman növü olduğundan çox adam uşaqlarını qoymur. Yıxıla, qolunu sındıra bilər. Hər şey ola bilər. Ciddi zədələr ala bilərlər.

– Sumqayıt sakinlərinin reaksiyası necə oldu?
– Mən at sürəndə diqqət mərkəzində oluram. Sumqayıtda at sürəndə hər kəs təəccüblə baxır. Bir dəfə yay aylarında atın üstündə manevr edirdim. Bir qara dəli atım var. 5-6 dəfə manevr etdim. Artıq yorulmuşdum. Amma at yorulmaq bilmirdi. Xasiyyəti çox tünddür. Məndən başqa heç kəs o atı sürə bilmir. Son manevri edəndə at başın qaldırdı. Mən yıxıldım. Hər kəs də telefonla çəkirdi.

– Ailədə sizdən başqa at sürən var?
– Qardaşım və atam da at çapır. Qardaşım mənim kimi çapmır. O da konkur idman növü ilə məşğuldur. Atam illər əvvəl atın üstündə manevrlər edib. Amma indi mən edirəm. 9 yaşımda atın üstündə manevr edən zaman görüntülərim çəkilmişdi. Həmin görüntüləri Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev də izləyib. Məni qəbuluna çağırdı. Atamla bizi qəbul etdi və mənə uğurlar arzuladı. Bu idman növünə marağımı görüb bildirdi ki, özümü daha da inkişaf etdirməyim üçün Atçılıq Federasiyasının, eləcə də Sərhədçi Atçılıq Mərkəzinin imkanlarından istifadə edə bilərəm.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Yanvar 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri