Icma.az
close
up
RU
Davonte Kraven: “Azərbaycanda qalib gələ bilməyəcəyimiz klub yoxdur” MÜSAHİBƏ İdman və Biz

Davonte Kraven: “Azərbaycanda qalib gələ bilməyəcəyimiz klub yoxdur” MÜSAHİBƏ İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Quba”nın basketbolçusu Davonte Kraven klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, amerikalı basketbolçu Azərbaycan Basketbol Liqasında geridə qalan turları dəyərləndirib, qarşıdakı hədəflərini açıqlayıb.

- “Quba” son turda “Ordu”ya qalib gəlməyi bacardı. Matç sizin üçün necə alındı və qələbəni necə şərh edərdiniz?
- Oyuna qələbə üçün çıxmışdıq. Bundan əvvəlki turda da qalib gəlmişdik. Hamımız diqqətimizi “Ordu” ilə matça cəmləmişdik. Öz işimizi yaxşı səviyyədə gördük və qalib gəldik. Növbəti oyunda da bu seriyanı davam etdirməyi planlaşdırırıq.

- Matçda Kameron Consla eyni xalı topladınız. Performansınızdan razı qaldınız?
- Bəli, Kameronla yaxşı oynadıq. Amma daha yaxşısını edə bilərdik. Ümumilikdə isə komandamızın yaxşı oynadığını düşünürəm. Gözləntilərim hər ikimizin verdiyi performansdan qat-qat yüksəkdir.

- Növbəti turda “Şəki” ilə qarşılaşacaqsınız. Bu matç haqqında nə düşünürsünüz?
- “Şəki” ilə matça fokuslanmışıq. Mənə elə gəlir ki, bu matçda qalib gələcəyik və seriyamızı davam etdirəcəyik. Təbii ki, asan olmayacaq. Çünki rəqibimiz də yaxşı komandadır. Azərbaycan Basketbol Liqasında qalib gələ bilməyəcəyimiz komanda yoxdur.

- Komanda ev oyunlarını Qubada keçirir. Orada parketə çıxmağı üstünlük hesab etmək olar?
- Azarkeşlərə görə Qubada oynamaq böyük üstünlükdür. Onlar arenamızı evimiz kimi hiss etdirirlər. Təbii ki, belə olduqda yaxşıdır. Biz də qalib gələrək qubalı azarkeşlərimizi sevindirmək istəyirik.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see391

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see160

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see158

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see134

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see127

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see120

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see119

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see118

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see117

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see117

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see116

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see116

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri