160 dan çox irlandiyalı idmançıdan İsrail millisi ilə oyunlara boykot
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İrlandiyalı idmançılar ölkə yığmasını Millətlər Liqasında İsrail millisi ilə oyunlardan imtina etməyə çağırıblar.
Sportal.az xəbər verir ki, turnirin qrup mərhələsi çərçivəsində İrlandiya millisi İsrail yığması ilə iki dəfə — 27 sentyabrda Macarıstanda və 4 oktyabrda Serbiyada qarşılaşmalıdır. Hər iki oyun azarkeşsiz keçiriləcək.
Bazar ertəsi "Irish Sport for Palestine" fəal qrupu 160-dan çox irlandiyalı idmançının İrlandiya millisini İsrailə qarşı qarşıdakı oyunları boykot etməyə çağıran açıq məktubu imzaladığını bildirib. Məktubda komanda üzvləri “birlikdə hərəkət etməyə və vicdanlarının səsinə qulaq asmağa” çağırılıblar.
Məktubu imzalayanlar arasında atlet Siara Macian, sabiq futbolçu Luiza Kuinn, keçmiş reqbiçi Toni Uord, həmçinin boksçular Tayron Makkenna və Erik Donovan da var.
“Bu, mühüm məqamdır və sizin düzgün addım atmaq imkanınız var. Oyunda iştirakdan imtina etmək ata biləcəyiniz ən idman ruhlu addım olardı. Sizin liderliyiniz və cəsarətiniz idmanın birləşdirici gücünü nümayiş etdirər, hamımızı bir araya gətirən ortaq dəyərləri xatırladar və oyunun hüdudlarından çox-çox kənara çıxan təsir göstərərdi”, – deyə məktubda bildirilir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 25 Sentyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















