Evinizi almadan əvvəl bu 5 sənədi yoxlayın
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Daşınmaz əmlak alışı yalnız maliyyə qərarı deyil, həm də ciddi hüquqi məsuliyyətdir. Bəzən mənzilin xarici görünüşü, yerləşdiyi ərazi və satış qiyməti alıcıda müsbət təəssürat yaratsa da, sənədlərdəki hüquqi uyğunsuzluqlar gələcəkdə ciddi problemlərə səbəb ola bilər.
Ev almadan əvvəl aşağıdakı 5 sənəd xüsusi diqqətlə yoxlanılmalıdır:
Çıxarış (kupça) – Əmlakın dövlət reyestrində qeydiyyata alındığını və mülkiyyət hüququnu təsdiqləyir.
Texniki pasport – Mənzilin faktiki vəziyyətinin, sahəsinin və texniki göstəricilərinin sənədlərlə uyğunluğunu müəyyən etməyə imkan verir.
Yüklülük və məhdudiyyətlər barədə məlumat – Əmlakın ipoteka, həbs və digər hüquqi məhdudiyyətlər altında olub-olmadığını müəyyənləşdirir.
Mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən sənəd – Satıcının əmlakı hansı hüquqi əsasla əldə etdiyini yoxlamaq üçün vacibdir.
Nikah və mülkiyyət razılığı ilə bağlı sənədlər – Əmlakın birgə mülkiyyət rejimində olub-olmadığını və satış üçün zəruri razılıqların mövcudluğunu müəyyən edir.
Əsas məqam: Sənədlərin yalnız mövcud olması kifayət deyil. Onların hüquqi qüvvəsi, aktuallığı, bir-biri ilə uyğunluğu və əmlak üzərində sərəncam vermək hüququ ayrıca yoxlanılmalıdır.
Unutmayın, daşınmaz əmlak alarkən ən böyük risk yoxlamadığınız detaldır. Peşəkar hüquqi araşdırma sizi gələcəkdə uzunmüddətli məhkəmə çəkişmələrindən və maliyyə itkilərindən qoruya bilər.
Fərid Cəfərli, əmlak məsələləri üzrə ekspert
Bu mövzuda digər xəbərlər:Səbəbsiz allergiya? Evinizi bu altı növ kif üçün yoxlayın
27 İyun 2025 15:17
Evinizi bu rəngə BOYAMAYIN
26 May 2025 11:34
Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın
02 Oktyabr 2026 19:11
Bürcünüzə görə evinizi boyayın
11 Dekabr 2024 09:43
Evinizi lazımsız əşyalardan təmizləyin
23 İyul 2026 09:56
Baxış sayı:88
Bu xəbər 17 Noyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















