Texnologiyanın sərhədləri aşılır: Çin alimlərindən dünya rekordlu maqnit
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çin elmi daha bir tarixi nailiyyətə imza atıb.
"Ölkə.az" xəbər verir ki, Çin Elmlər Akademiyasının alimləri dünyada ilk dəfə tamamilə superkeçirici maqnit qurğusu yaradaraq texnologiyada indiyədək mümkün sayılmayan həddi aşıblar. Yeni qurğunun gücü 35,6 tesla təşkil edir və bu göstərici elmi ictimaiyyətdə dünya rekordu kimi qiymətləndirilir.
Alimlərin hazırladığı maqnit Yer kürəsinin maqnit sahəsindən təxminən 700 min dəfə güclüdür və ən müasir tibbi MRT aparatlarını belə bir neçə dəfə üstələyir. Ən mühüm yenilik isə qurğunun davamlı rejimdə işləməsidir — əvvəlki analoqlar qısa impulslarla fəaliyyət göstərdiyi halda, bu maqnit fasiləsiz və sabit rejimdə işləyə bilir.
Mütəxəssislər bildirir ki, əsas texnoloji sıçrayış maqnitin tamamilə superkeçirici konstruksiyada hazırlanmasıdır. Bu zaman iri, mürəkkəb və bahalı hibrid sxemlərdən istifadə olunmayıb ki, bu da qurğunun həm effektivliyini, həm də praktik tətbiq imkanlarını xeyli artırır.
Belə yüksək güclü maqnit sistemləri gələcəkdə kvant kompüterlərinin yaradılması, yeni enerji texnologiyalarının inkişafı, tibbdə indiyədək sağalmaz hesab olunan xəstəliklərin müalicəsi, eləcə də ultrasürətli nəqliyyat vasitələrinin formalaşdırılması üçün əsas açar texnologiyalardan biri kimi dəyərləndirilir.(Musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 01 Fevral 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















