Icma.az
close
up
RU
“160 milyon manatdan çox büdcə vəsaiti dəqiqləşdirilməlidir”

“160 milyon manatdan çox büdcə vəsaiti dəqiqləşdirilməlidir”

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, dövlət büdcəsi üzrə 160 milyon manatdan çox vəsaitin dəqiqləşdirilməsinə ehtiyac var.

Gununsesi.info-nun xəbərinə görə, o, bu barədə iyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında danışıb.

Gülməmmədov deyib ki, Palatanın apardığı seçmə təhlillər zamanı bəzi strateji tədbirlərin maliyyələşdirilməsi ilə bağlı fərqli yanaşmalar müəyyən edilib.

“Qurumlar tərəfindən təqdim olunmuş məlumatlarla büdcə sənədlərində əks olunan strategiya tədbirləri üzrə məbləğlər arasında fərqlər aşkar olunub. Bu da strategiyalar üzrə maliyyələşdirmənin 160 milyon manatdan çox hissəsinin dəqiqləşdirilməsinə ehtiyac olduğunu göstərir”, – o bildirib.

Palata sədri işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına ayrılan vəsaitlərlə bağlı göstəricilərin də yenidən nəzərdən keçirilməli olduğunu deyib.

Onun sözlərinə görə, illik hesabatda bu istiqamət üzrə 4,4 milyard manat vəsaitin icra olunduğu göstərilsə də, Hesablama Palatasının hesablamaları məbləğin 60 milyon manatdan çox artıq ola biləcəyini göstərir.

Gülməmmədov bildirib ki, 2025-ci ildə dövlət büdcəsinin icrası zamanı edilən dəyişikliklərin ümumi həcmi 3,7 milyard manat olub. Bu, təsdiq edilmiş büdcə xərclərinin 8,9 faizinə bərabərdir. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 2,4 milyard manat təşkil edib.

O qeyd edib ki, dəyişikliklərin 1,8 milyard manatı “Büdcə sistemi haqqında” qanunun müvafiq maddələrinə əsasən həyata keçirilib.

Palata sədri debitor borcların artdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, 2025-ci ildə debitor borclar 17 faiz və ya 1 milyard manat artaraq 7 milyard manata çatıb.

“Bu, qurumlara ayrılmış vəsaitlərin azı 1 milyard manatının faktiki xərcə çevrilmədiyini göstərir”, – deyə o bildirib.

Gülməmmədov həmçinin Təminat Fonduna qaytarılmalı vəsaitlərin icrasında ciddi geriqalma olduğunu qeyd edib. O bildirib ki, 2025-ci il üzrə qrafikə əsasən fonda 199,7 milyon manat qaytarılmalı olsa da, bunun yalnız 10,7 faizi icra olunub.

Palata sədri dövlət büdcəsinin sərbəst qalığından 184,8 milyon manat vəsaitin qanunvericilikdə nəzərdə tutulmayan istiqamət üzrə istifadə edildiyini də açıqlayıb.

Onun sözlərinə görə, 2025-ci ildə bir qurumun büdcədənkənar xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin sərbəst qalığından vəsait ayrılıb.

“‘Büdcə sistemi haqqında’ qanunun sərbəst qalıqdan istifadə istiqamətlərini müəyyən edən maddəsində nəzərdə tutulmayan bu istiqamət üzrə 184,8 milyon manat vəsait icra edilib”, – deyə Gülməmmədov bildirib.

O əlavə edib ki, məsələ digər normativ-hüquqi aktlarda əks olunsa da, büdcə qanunvericiliyinin tələbləri baxımından bu istiqamətə yenidən baxılmasına ehtiyac var.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 İyun 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri