160a yaxın avtobusun dayanacaq yeri müvəqqəti dəyişdirildi
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Avropa Liqasının əsas mərhələsində baş tutacaq "Qarabağ"-"Lion" oyunu ilə əlaqədar Stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə bu gün saat 14:00-dən avtobusların girişi məhdudlaşdırılıb.
Bu barədə Milli.Az-a AYNA-dan məlumat verilib.
Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.
Məhdudiyyətlə əlaqədar 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq "Gənclik Mall" qarşısındakı dayanacaqdan təşkil edilib.
Milli.Az

160a yaxın avtobusun dayanacaq yeri müvəqqəti dəyişdirildi
27 Noyabr 2024 18:52
160a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ
27 Noyabr 2024 17:53
DİQQƏT! 160a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ Xəbər saytı Son xəbərlər və Hadisələr
27 Noyabr 2024 17:40
13 marşrutun dayanacaq yeri dəyişdirildi
27 Noyabr 2024 17:58
“Qarabağ”“Lion” oyunu ilə əlaqədar 160a yaxın avtobusun dayanacağı dəyişdirilib AZƏRTAC
27 Noyabr 2024 19:31

