17 faiz bahalaşma Ən yüksək artım Səbaildədir
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ildə Bakı şəhərində torpaq sahələrinin qiyməti orta hesabla 17 faiz artıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) daşınmaz əmlak bazarında apardığı araşdırmaya görə, torpaq sahələri paytaxtda qiymətlərin ən çox yüksəldiyi əmlak kateqoriyası olub. Bununla belə, bahalaşmanın tempi rayonlar üzrə əhəmiyyətli dərəcədə fərqlənib.
Ən yüksək artım Səbail rayonunda qeydə alınıb. Bu rayonda torpaq sahələrinin qiyməti 28,6 faiz yüksəlib. Yasamalda artım 25,6 faiz, Nəsimidə 23,1 faiz, Nizamidə isə 21,1 faiz təşkil edib. pizza
Xəzər rayonunda torpaq sahələri 19,1 faiz, Nərimanovda 18,6 faiz, Xətaidə 15,6 faiz bahalaşıb. Binəqədidə qiymətlər 14,1 faiz, Sabunçuda 11,6 faiz, Suraxanıda isə 10,6 faiz artıb.
Ən aşağı bahalaşma Pirallahı və Qaradağ rayonlarında müşahidə olunub. Bu rayonlarda qiymətlər müvafiq olaraq 8,1 və 7,6 faiz yüksəlib.
Araşdırmanın avqust-sentyabr ayları üzrə aylıq qiymətləndirməsində də torpaq sahələri artım tempinə görə digər əmlak kateqoriyalarını üstələyib. Bu seqmentdə aylıq orta bahalaşma 1,8 faiz olub.
AQC qiymətlərin yüksəlməsini əsasən torpaq təklifinin məhdudluğu və müəyyən ərazilərdə tələbin daha yüksək olması ilə əlaqələndirir. Cəmiyyətin qənaətinə görə, torpağın qiymətləndirilməsi zamanı şəhər üzrə orta göstərici ilə yanaşı, konkret yerləşmə yeri, infrastruktur, nəqliyyat əlçatanlığı və ərazinin inkişaf perspektivi də nəzərə alınmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 06 Oktyabr 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















