Icma.az
close
up
RU
17 Noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

17 Noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Icma.az, Operativmedia portalına istinadən məlumat verir.

2024-cü ilin tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusunda 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə silsilə tədbirlər keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən olan 17 Noyabr - Milli Dirçəliş Gününün ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki tarixi rolundan, Ulu Öndərin uzaqgörənliyi və müdrik siyasətindən, həmçinin onun milli dirçəlişi və mənəvi dəyərləri yüksək tutmasından, Ümummilli Liderin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.
Həmçinin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə keçirdiyi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunmasının milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı olması vurğulanıb.  

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğalda olan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüz və dövlət suverenliyimizi tam bərpa edib.

Bu gün 17 Noyabr - Milli Dirçəliş Günü ölkəmizin hər bir yerində xalqımız tərəfindən böyük qürur və iftixar hissi ilə qeyd olunur.

Silsilə tədbirlər çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri ədəbi-bədii kompozisiyalar, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən maraqla qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 17 Noyabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri