Icma.az
close
up
RU
178 min mənzilə istilik veriləcək

178 min mənzilə istilik veriləcək

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən iqlim şəraiti fərqli olan 26 rayon və şəhərdə istilik mövsümü noyabrın 1-dən, Bakıda və digər ərazilərdə isə noyabrın 15-dən başlayır.

Bunu Azərtac-a müsahibəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.

O bildirib ki, əvvəlki illərdə istilik mövsümünün noyabrın 1-dən başlanması nəzərdə tutulan şəhər və rayonların sayı cəmi 9 ədəd olub və qeyd edilən 26 rayondan 18-də “Azəristiliktəchizat” ASC-nin xidmət sahələri fəaliyyət göstərir.

“Yeni mövsümdə Bakıda və regionlarda 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası vasitəsilə 3838 yaşayış binasının (təxminən 178 min mənzil), 272 məktəbin, 159 uşaq bağçasının, 142 səhiyyə obyektinin və digər obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Mövsümə hazırlıq işləri ilk növbədə əvvəlki mövsüm ərzində baş vermiş qəza və nasazlıq halları nəzərə alınmaqla hazırlanmış tədbirlər planına əsasən aprel ayından etibarən başlanılıb və bu müddətdə 12 min 153 metr istilik xətti dəyişdirilib, 875 dirsək yenilənib, 5458 kvadratmetr sahədə izolyasiya örtüyü bərpa edilib, 30 qazan aqreqatı əsaslı, 182-si cari təmir edilib, 1131 qazanın qızma səthi təmizlənib. 438 nasos, 5282 siyirtmə və 531 mühərrik təmir olunub, 22 dəst nasos, 312 siyirtmə və 100 ventil yenisi ilə əvəzlənib. Bundan əlavə, 135 kilometr qaz xətti yoxlanılıb, 298 metr yeni qaz xətti çəkilib. İşin miqyasını təsəvvür etmək üçün deyim ki, mövsüm boyu istilik təsərrüfatlarımızda quraşdırılmış 85 mindən çox avadanlıq və qurğu fasiləsiz işləməlidir”,- deyə o diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://banco.az
archiveBu xəbər 02 Noyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri