Icma.az
close
up
RU
18 ci paket təsdiqləndi

18 ci paket təsdiqləndi

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyaya qarşı yeni sanksiyalarda nələr var?

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul ediblər. Qeyd edək ki, 18-ci sanksiyalar paketi Slovakiyanın razılıq verməməsi səbəbindən indiyədək qəbul edilməmişdi. Slovakiya sanksiyalara razılıq vermək üçün Avropa Komissiyasının Rusiya qazına idxal qadağası planı nəticəsində iqtisadi zərər yaranacağı təqdirdə, bunun kompensasiya olunmasına dair vəd tələb edirdi. Avropa Komissiyası bu tələblərin yerinə yetirildiyini açıqlasa da, Slovakiyanın Baş naziri Robert Fitso bu vədləri kifayət qədər inandırıcı saymamışdı. O, bəyan etmişdi ki, ölkəsi üçün istisna maddəsinin tətbiqi ən doğru yol olardı. Bu istisna Slovakiyaya Rusiyanın “Qazprom” şirkəti ilə imzaladığı mövcud müqaviləni 2034-cü ilədək qüvvədə saxlamağa imkan verməlidir.

Slovakiya güzəştlər qarşılığında razılıq verib

Daxili müzakirələrdən sonra Slovakiya yeni sanksiyaların təsdiqlənməsinə “yaşıl işıq” yandırdı. İyulun 17-də ölkənin Baş naziri Robert Fitso “Facebook” sosial şəbəkəsində yayılmış videomüraciətində “Mən Avropa İttifaqındakı nümayəndələrimizə 18-ci sanksiyalar paketinə yol açmaq üçün təlimat verirəm”, - deyə bəyan edib. Fitso qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyaları bloklamağa davam etmək Avropa Komissiyası ilə enerji resursları üzrə danışıqlar kontekstində əks-məhsuldar addım olar.

Xarici KİV-lərin yazdığına görə, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarının qəbul edilməsini ləngidən Slovakiya “güzəştlər”dən sonra buna razılıq verib. Bildirilir ki, Slovakiyanın vetosu sanksiyalar paketinin qəbul edilməsini ləngidirdi, lakin sonradan Bratislavanı əmin ediblər ki, Rusiya qazının idxalına tam qadağa planı yeni sanksiyalar paketinə uyğun şəkildə həyata keçirilərsə, o, ağır iqtisadi və maliyyə nəticələrindən narahat olmaya bilər. KİV-lərin  məlumatına əsasən, Slovakiyanın Baş naziri Robert Fitso planın qarşısını ala bilməyəcək, çünki onunla bağlı qərarlar sanksiyalardan fərqli olaraq səs çoxluğu ilə qəbul edilir.

Kaya Kallas məmnun görünür

Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas isə “X” sosial şəbəkəsindəki hesabında  Rusiyaya qarşı ən sərt sanksiyalardan birini təsdiqləndiyini yazıb: “Biz Kremlin hərbi büdcəsini azaltmağa davam edirik, kölgə donanmasının daha 105 gəmisini, onların köməkçi vasitələrini siyahıya daxil edir və Rusiya banklarının maliyyələşməyə çıxışını məhdudlaşdırırıq”. Onun sözlərinə görə, sanksiya siyahısına Rusiyanın “Şimal axını” qaz kəmərləri və Hindistandakı “Rosneft” neft emalı zavodu daxil edilib. “Şimal axını” qaz kəmərləri qadağan ediləcək. Biz Rusiya hərbi sənayesinə, sanksiyalardan yan keçməyə imkan verən Çin banklarına getdikcə daha çox təzyiq göstəririk və pilotsuz uçuş aparatlarında istifadə olunan texnologiyaların ixracına mane oluruq”, - deyə Kallas bildirib.

Qeyd edək ki, Rusiyaya qarşı yeni sanksiya paketi çərçivəsində Avropa İttifaqı sanksiyalardan yan keçməyə görə daha 26 şirkəti məhdudlaşdırıcı tədbirlər siyahısına daxil edib. Bu barədə “Euroactiv” nəşri Aİ Şurasındakı mənbəyə istinadən məlumat yayıb. Onlardan 11 şirkət Rusiya xaricində yerləşir: Çində 7, Honkonqda 3 və Türkiyədə 4 şirkət, həmçinin Hindistanda Rusiyaya məxsus neft emalı zavodu buraya daxildir. Bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksi üçün tədarük həyata keçirməkdə şübhəli bilinir.

Aİ hesab edir ki, bu, Moskvanın ikili təyinatlı texnologiyalara çıxışını məhdudlaşdırmağa imkan verəcək. Yeni paketə Rusiyanın “kölgə donanması”nın daha 105 gəmisinin daxil edilməsi ilə qadağan edilmiş gəmilərin sayı 400-ü keçir. Sanksiya paketi Rusiyanın 22 bankı ilə əməliyyatlara da qadağa qoyur. Beləliklə, yeni sanksiyalar paketi fiziki və hüquqi şəxslərin siyahısının genişləndirilməsini, Rusiya neftini daşıyan tankerlərə və bir sıra banklara qarşı məhdudiyyətləri, həmçinin ikili təyinatlı mal və texnologiyalara qarşı yeni ixrac məhdudiyyətlərini nəzərdə tutur.

19-cu sanksiyalar paketi üzərində iş başlayıb

May ayında təsdiqlənmiş 17-ci sanksiya paketinə isə “kölgə donanması”ndan olan 189 gəmi daxil edilmişdi. Paketə “hibrid təhdidlərlə mübarizə və insan hüquqlarının müdafiəsi” tədbirləri də daxildir. Bundan başqa, bu sanksiyalar Rusiyanın davam edən müharibəsinin xərclərini də artırmağı hədəfləyib - bu, həm də Aİ-nin Ukraynaya davamlı və sarsılmaz dəstəyinin bariz siqnalı kimi xarakterizə olunur. Paketdə fiziki və hüquqi şəxslərin sanksiya siyahısı da genişləndirilib. Paketə, həmçinin Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa və ya dolayı dəstək verən və ya sanksiyalardan yayınmada iştirak edən 31 yeni şirkət də daxil edilib. Fərdi sanksiyalar üzrə siyahıya isə daha 75 şəxsin adı əlavə olub. Belə ki,  Rusiya Müdafiə Nazirliyinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları, 27-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu və 33-cü Mərkəzi Tədqiqat və Sınaq İnstitutu da sanksiyaların hədəfi sırasındadır. Bütün bunların ardınca, 18-ci sanksiyaların paketinin təsdiqlənməsi Rusiyaya ciddi zərbə ola bilər.

Nəzərə alaq ki, 18-ci sanksiyalar paketi təsdiqləndikdən dərhal sonra Avropa İttifaqı növbəti məhdudlaşdırıcı tədbirlər paketi üzərində işləməyə başlayıb. Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib. O, Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işin başladığını təsdiqləyib və Avropa İttifaqının “yarımçıq tədbirlərlə kifayətlənməyəcəyini” bəyan edib.  Avropa İttifaq hesab edir ki, Rusiyanın işğalçı siyasətini dayandırmaq üçün sanksiyaları daha da gücləndirmək lazımdır.

N.BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyul 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see702

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see438

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see264

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see233

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see230

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see212

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see211

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see209

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see200

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see198

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see196

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see195

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see189

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see188

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see187

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see185

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see184

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri