Icma.az
close
up
RU
18 may 1992 ci il...

18 may 1992 ci il...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Laçın niyə işğal olundu?

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycana qarşı genişmiqyaslı işğalçılıq siyasətinə başlayan Ermənistanın əsas məqsədlərindən biri respublikamızın müəyyən sayda erməni əhalinin yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsi ilə coğrafi bağlantı yaratmaq idi. 1992-ci il mayın 18-də uca dağlar qoynunda qərar tutan və alınmaz qala sayılan Laçın rayonunun,1993-cü ilin aprelində isə Kəlbəcərin işğal altına düşməsi ilə düşmən öz istəyinə çatdı. Belə ki, sözügedən rayonların işğal altına düşməsi nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə təmin olundu. 

İşğaldan əvvəlki Laçın

Laçın şəhərinin əsası 1923-cü ildə qoyulub və yazıçı Tağı Şahbazi Simurqun təşəbbüsü  ilə ona “Laçın” adı verilib. “Laçın” sözü özündə “gözəllik”, “şux qamət” mənalarını ehtiva edir.   Bu ad şəhərə təbiətinin təkrarsız gözəlliyinə, dağlar qoynunda qərar tutmasına görə yaraşdırılıb.

İşğal altına düşənədək Laçın zəngin təbii sərvətləri, maldarlığın inkişafı üçün geniş imkanları olan bir diyar kimi tanınırdı. Ümumi sahəsi 1835 kvadratkilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrlə 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araza qovuşur.

1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü var idi.

Laçın ərazisindəki 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları var idi.

Misli görünməmiş vandalizm əməlləri

İşğal illərində ermənilər Laçında misli görünməmiş vandalizm əməlləri törədiblər və təbii sərvətlərimizi vəhşicəsinə talayıblar. Laçının süqutu Azərbaycanın 1835 kvadratmetr ərazisinin, 13745 fərdi yaşayış evinin, 48 sənaye, 63 kənd təsərrüfatı obyektinin, 101 məktəbin, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisənin, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyektinin, 30 rabitə qovşağı, peşə məktəbi, xalq teatrı, tarix-diyarşünaslıq muzeyinin itirilməsi, on minlərlə ailənin faciəsi ilə nəticələndi. Ümumi ziyan 7,1 milyard ABŞ dollarına bərabərdir. Rayonda 1992-ci ildə olan 58227 nəfər əhali respublikanın 59 rayon və şəhərində məskunlaşıb. İşğal nəticəsində 267 nəfər laçınlı öldürülüb, 66 nəfər girov götürülüb.

Laçın rayonunda yerləşən tarixi, mədəniyyət və memarlıq abidələri də erməni vəhşiliyinə tuş gəlib. Belə ki, rayondakı tarixi, mədəni və dini abidələrin bir çoxu dağıdılıb.

Laçında Azərbaycan bayrağının dalğalanması böyük rəmzi məna daşıyır

Ermənilər elə hesab edirdilər ki, torpaqlarımızda əbədi yaşayacaqlar. İşğal dövründə Ermənistan tərəfindən digər ərazilərimizdə olduğu kimi, Laçında da qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirlib ki, bu da qatı müharibə cinayətidir. Laçında ermənilər heç vaxt kompakt şəkildə yaşamayıblar. 1992-ci ildə Laçın şəhərinin 7 min 829 sakini olub. İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən şəhərdə yaşayanların 99,1 faizi azərbaycanlılar olublar. Ermənilərin sayı isə barmaqla sayılacaq qədər az idi. Yalnız 2003-cü ildən etibarən  əsasən Yaxın Şərqdə yaşayan erməni ailələrin şəhərdə məskunlaşdırılmasına başlanılıb. Ermənistanın statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2,190 erməni məskunlaşdırılıb.

Ancaq ermənilərin arzuları gözlərində qaldı. Ordumuz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq əvvəlcə Kəlbəcərdə, 2022-ci il avqustun 26-da isə Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. 2022-ci il sentyabrın 21-də  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızı ucaltmaqla bizə sonsuz qürur hissi yaşatdı. Laçın şəhərində bayrağımızın ucaldılması böyük rəmzi məna daşıyır.

Doğma yurd yerlərinə köç sevinci

İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Zəngilanın Ağalı kəndi Böyük Qayıdışın ilk ünvanı oldu.

Artıq işğaldan azad olunmuş digər ərazilərin sakinləri kimi, laçınlılar da doğma yerlərə köç etməyin sevincini bölüşürlər.  Gözəllik rəmzi olan Laçınımız indi yeni növrağını yaşayır. Bura ilk köç 2023-cü ilin may ayında reallaşıb. İlk olaraq şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb.

Sonrakı mərhələdə Laçına daha bir neçə köç karvanı yola salınıb. Bütövlükdə, birinci mərhələdə Laçında 4 min insanın məskunlaşdırılması nəzərdə tutulub.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 May 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see442

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see268

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see236

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see235

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see216

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see214

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see211

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see203

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see203

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see200

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see198

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see195

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see194

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see192

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see191

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see189

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see187

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see175

Bakının çox sayda küçəsində qaz olmayacaq ÜNVANLAR

02 Oktyabr 2026 08:52see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri