Icma.az
close
up
RU
1/8 finala yalnız 2 vəsiqə qaldı

1/8 finala yalnız 2 vəsiqə qaldı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Argentina çempionatında 14-cü turdan sonra 8 komanda 1/8 finala vəsiqəni təmin etmişdi.

"Football-plus.az" xəbər verir ki, 15-ci turda qeydə alınan nəticələr daha 6 komandanın pley-offa çıxmasına şərait yaratdı. Sözsüz, turun ən çox maraq doğuran oyunu ölkə futbolunun 1 nömrəli derbisi oldu.
A qrupunda 13-cü turda 1/8 finala vəsiqə qazanan “Boka Xuniors” əzəli rəqibi “River Pleyt” ilə səfər oyunundan əvvəl 1-ci yerdəki mövqeyini möhkəmləndirmişdi. “River” isə B qrupunda 4-cü yerdə idi. Bu mövsümün ilk 14 oyunundan 7-ni heç-heçə başa vuran Marselo Qalyardonun komandası qrupu mümkün qədər yüksək yerdə başa vurmaq üçün mütləq qələbəyə ehtiyac duyurdu. Fernando Qaqonun çalışdırdığı “Boka” isə 265-ci “Superklasiko”da azı uduzmamaqla yekunda 1-ci yeri təmin etməyə çalışacaqdı. Lakin derbi ev sahibinin qələbəsi ilə nəticələndi.
“Mas Monumental”dakı matçın əsas statistik göstəricilərindən qonaqların topa 55 faiz nəzarət etdilərini il növbədə qeyd edək. Lakin bu plandakı üstünlüyü “göy-sarılar”a bir xal da qazandırmadı. Ona görə ki, meydan sahibləri qapıya zərbələr üzrə rəqibini 15:9, dəqiq zərbələr üzrə isə 9:3 hesabı ilə üstələməklə istəyinə çatdılar. Derbidəki üç qolun hamısı ilk hissəyə təsadüf etdi: Mastantuono hesabı açdı, Merentyel cavab, Driussi isə fasilə ərəfəsində “milyonçular”a qələbə gətirən qolu vurdu. Daha çox əzəli rəqiblərin sərt və kobud oyunu ilə yadda qalan matçda hakim ümumilikdə futbolçulara 11 sarı vərəqə göstərdi.
İkinci hissə də böyük gərginliklə yadda qaldı, lakin hesab dəyişmədi. Beləliklə, 265-ci “Superklasiko”da “milyonçular”ın 89-cu qələbəsi rəsmiləşdi. Əzəli rəqabətdə indiyədək 85 dəfə heç-heçə qeydə alındığını, “Boka Xuniors”un isə derbidə 91 qələbə qazandığını da qeyd edək. “River Pleyt” uğurlu nəticə ilə B qrupunda 4-cü yerdən 3-ə yüksəldi, “Boka Xuniors” isə A qrupunda əsas izləyicisi “Arxentinos Xuniors”un xal itirməsi səbəbindən liderliyini qorudu.
A qrupunda hesabat turu ərəfəsində “Arxentinos Xuniors”, “Atletiko Urakan” və “Tiqre” 1/8 finalda iştirakını təmin etmişdi. Son nəticələrdən sonra daha üç komandanın – “Rasinq”, “İndependyente Rivadaviya” və “Barrakas Sentral”ın da pley-offda iştirakı rəsmiləşdi.
B qrupunda əvvəlki turdan sonra “İndependyente”, “Rosario Sentral”, “San Lorenso” və “River Pleyt” pley-offa vəsiqə qazanmışdı. Bu tur “San Lorenso”nu minimal hesabla məğlub edən “Rosario Sentral” liderliyini qorudu. Evdə “Deportivo Riestra” ilə qolsuz heç-heçəyə razılaşan “İndependyente” 2-ci yerdə qaldı, “San Lorenso” isə 4-cü yerə düşdü.
Bu tur daha üç komandanın pley-offda iştirakı rəsmiləşdi. Azarkeşlərini sevindirənlər “Platense”, “Deportivo Riestra” və “Lanus” oldular. Başqa sözlə, sonuncu tur hər qrupdan bir komandanın 1/8 finala çıxacağına aydınlıq gətirəcək.
Maraqlıdı ki, B qrupunda yarışan “Veles Sarsfild” pley-offdan kənarda qala bilər. Mövsümü qeyri-sabit keçirən Argentinanın son çempionu “Ximnasiya”nı məğlub etməklə 13-cü yerdən 11-ə yüksəlsə də, 8-ci yeri tutmaq şansı minimuma bərabərdi.
qrup mərhələsi, 15-ci tur
River Pleyt - Boka Xuniors 2:1

Mastantuono, 25. Driussi, 44 - Merentyel, 38.
Belqrano - Arxentinos Xuniors 1:1
N.Fernandes, 21 - Leskano, 47.
Nyuellz Old Boyz - Atletiko Urakan 2:0
Akunya, 43. Lolyo, 81.
Estudiantes - Tiqre 0:0

Defensa y Xustisiya - Rasinq 1:2
F.Qonsales, 54 – Salas, 42. Martirena, 87.
San Lorenso - Rosario Sentral 0:1
Kopetti, 90+1.
İndependyente - Deportivo Riestra 0:0

Aldosivi - Banfild 2:1
Mottes, 39. Presyado, 67 – Veqa, 88-p.
İnstituto - Sarmyento 1:1
Lodiko, 67 – E.Ximenes, 57.
Lanus - San Martin San Xuan 1:0
Moreno, 59.
Barrakas Sentral - Union 2:1
Kandia, 43. Bruera, 86 – X.Palasios, 33.
Qodoy Krus - Atletiko Tukuman 1:0
Ausmendi, 36.
Sentral Kordoba - İndependyente Rivadaviya 1:2
Veron, 72-p. - Sartori, 76. Kardilyo, 81.
Veles Sarsfild - Ximnasiya 1:0
B.Romero, 76.
Platense - Talyeres de Kordoba 2:1
Maynero, 51. R.Martines, 53 – Şott, 22.
14-cü turdan təxirə salınan oyun
Atletiko Tukuman - İndependyente 2:0

Bayamiç, 24. L.Dias, 87.
A qrupu
1. Boka Xuniors 15 10 2 3 23-10 32
2. Arxentinos Xuniors 15 8 6 1 20-9 30
3. Atletiko Urakan 15 7 6 2 19-11 27
4. Tiqre 15 8 2 5 17-11 26
5. Rasinq 15 8 1 6 25-16 25
6. İndependyente Rivadaviya 15 6 6 3 17-15 24
7. Barrakas Sentral 15 6 5 4 19-18 23
8. Estudiantes 15 5 6 4 18-15 21
9. Nyuellz Old Boyz 15 5 4 6 12-14 19
10. Defensa y Xustisiya 15 5 4 6 16-19 19
11. Sentral Kordoba 15 5 3 7 20-19 18
12. Belqrano 15 3 7 5 12-22 16
13. Union 15 3 4 8 10-16 13
14. Aldosivi 15 3 3 9 15-28 12
15. Banfild 15 2 5 8 11-18 11
B qrupu
1. Rosario Sentral 15 9 5 1 21-8 32
2. İndependyente 15 8 5 2 23-11 29
3. River Pleyt 15 7 7 1 17-8 28
4. San Lorenso 15 7 5 3 13-9 26
5. Platense 15 6 5 4 13-10 23
6. Deportivo Riestra 15 4 9 2 10-7 21
7. Lanus 15 4 8 3 13-10 20
8. Qodoy Krus (-3) 15 3 8 4 8-15 17
9. İnstituto 15 4 3 8 14-19 15
10. Sarmyento 15 2 8 5 10-18 14
11. Veles Sarsfild 15 4 2 9 6-18 14
12. Talyeres de Kordoba 15 2 7 6 10-13 13
13. Atletiko Tukuman 15 4 1 10 16-21 13
14. Ximnasiya 15 3 4 8 8-18 13
15. San Martin San Xuan 15 2 3 10 5-15 9
Bombardirlər: A.Martines (Rasinq) - 9, Avalos (İndependyente) - 8, N.Fernandes (Belqrano), Vomberqar (San Lorenso) - 7.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 May 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see350

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see320

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see290

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see228

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see214

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see208

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see200

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see190

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see184

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see163

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see160

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see159

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see159

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see158

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see157

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see154

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see152

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see148

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see147

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri