Icma.az
close
up
RU
18 gün komada qalan sığınacaq sakini: Ayılandan sonra anladım ki, heç nə əvvəlki kimi olmayacaq REPORTAJ

18 gün komada qalan sığınacaq sakini: Ayılandan sonra anladım ki, heç nə əvvəlki kimi olmayacaq REPORTAJ

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Həyatda ikinci şansa inanan insanlar çoxdur. Eyni zamanda, həyatın bir xətlə davam etdiyini, hər şeyin insanın öz əlində olduğunu və gedişatı şansa buraxmayaraq yaşamalı olduğunu düşünənlər də az deyil. Həyatının dörd ilini sığınacaqda yaşayan 64 yaşlı Adil Eyyubova yaşamaq şansı ikinci dəfə verilsə də, o həyatının axarını fərqli istiqamətə yönləndirməyi seçib.

Adil bəy insult keçirdikdən sonra 18 gün komada qalıb. Ayılanda isə ailədə ona qarşı münasibətin dəyişdiyini görüb və ağır əməliyyatın 6-cı ayında təkbaşına evi tərk etməyi qərara alıb.

"Report"un əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sakini Adil Eyyubovla onu bu sığınacağa gətirən yollardan danışıb.

A.Eyyubov ali təhsilli və rəhbər vəzifələrdə çalışmış şəxsdir:

“İndiki İqtisadiyyat Universitetini bitirmişəm. Ömrüm boyu mağaza və restoranlarda müdir olmuşam. Buna görə də maddi çətinliyim olmayıb. Bunlarla yanaşı, bir müddət mağazalar şəbəkəsinin idarəçiliyini də etmişəm. Vaxtilə qarşıma çıxan fürsətləri yaxşı dəyərləndirmişəm. Düşünürəm ki, yeganə səhvim ailə həyatımla bağlı olub. Bunun da səbəbkarı mən deyiləm”.

Adil bəydən ailə həyatındakı hansı səhv addımı atdığını soruşanda bu barədə geniş danışmaq istəmədiyini bildirsə də, danışılacaq çox sözünün olduğunu anlamamaq qeyri-mümkündür:

“Mən iki evlilik yaşamışam. Birincisi 1980-ci ilin əvvəllərində atamın qərarı ilə olub. Bir də eşitdim ki, tanımadığım qız ilə nişanlanmışam. Uğursuz evlilik yaşadım. Sonra - mağaza müdiri işlədiyim dövrdə özümdən 18 yaş kiçik bir qız yanımda çalışırdı. İş elə gətirdi ki, biz ailə həyatı qurduq”.

"Bəs övladlarınız varmı, indi haradadırlar?" sualına bir qədər düşünərək cavab verdi:

“İlk evliliyimdən iki, sonrakı evliliyimdən bir övladım var. Onlarla hazırda münasibətim yoxdur. Bu barədə danışmasaq yaxşıdır”.

Adil bəy ikinci evliliyində xoşbəxt olsa da, bir müddət sonra səhhətində yaranan problemlər onun ailə münasibətinə də təsir edir.

“Maddi vəziyyətimin normal olduğu dövrdə həyat yoldaşımı istədiyi hər şeylə təmin edirdim. Lakin bir gün yüksək təzyiqdən beynimdə iki damar partladı. Xəstəlikdən sonra anladım ki, heç nə əvvəlki kimi olmayacaq, mən həmin Adil deyiləm və əvvəl gördüyüm işləri görə bilmirəm. Ailədə özümə qarşı bəzi saymazlıqlar oldu. Buna görə də onunla ayrıldıq”, - o dedi.

Adil bəyə həkimlər beyin əməliyyatından sağ çıxmaq ehtimalının çox az olduğunu desələr də, o bunu gözə alıb:

“Dediyim kimi, beynimdə iki damar partladı. Bir neçə xəstəxana məni əməliyyata qəbul etmək istəmədi. Ən sonda Əhmədlidə bir xəstəxana məni əməliyyata götürdü. Amma orada da mənə deyildi ki, sənin sağ qalıb-qalmayacağına zəmanət verə bilmirik. Çox ağır əməliyyat keçirdim. Əməliyyatdan sonra 18 gün komadan ayılmadım. Lakin yaşamaq üçün mənə bir şans da verildi. O şansın qarşılığında isə Adil əmək qabiliyyətini və onun üçün dəyərli olan bir çox şeyləri itirdi. Beləliklə, mən evdən çıxmağa qərar verdim. Bir müddət kirayədə qaldım”.

O, ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Lakin yaşı çatmadığına görə onu qocalar evinə qəbul etməyiblər:

“Əməliyyatdan təxminən 6 ay sonra qocalar evinə yerləşməyə qərar verdim. Hələ tam toparlanmamışdım, kastillə (əlillər üçün yürütəc) gəzirdim. 2021-ci ildə məni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin "Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin sosial reabilitasiya şöbə"sinə yerləşdirdilər. Düşünürəm ki, düzgün qərar vermişəm. Peşman deyiləm”.

Adil bəy sığınacaqda keçən gününü belə təsvir edir:

“Səhərlər tez oyanıram. Saat 8-ə, səhər yeməyinə qədər aşağı düşüb siqaret çəkirəm. Boş vaxtım olanda nərd oynayıram. Nərd oynamağı sevirəm. Arada söhbətgahda oturub sakinlərlə vaxt keçirirəm. Sonra gəzə-gəzə marketə gedirəm. Siqaret alıram. Pensioner adamam da, qəpik-quruşum olur arada (gülür)”.

Adil bəyə "burada dost çevrəniz varmı?" sualını verəndə həyatda “dostluq”, “güvən” duyğusundan doymuş birisi kimi “yoxdur” cavabını verir:

“Düzdür, buradakı mühitə tez öyrəşdim. Buna səbəb də mühitin yaxşı olmasıdır. Heç bir şeydən narazı deyiləm. İnsanlar arasındayam, yaxşı kollektiv, işçilər, müdiriyyət var. Buradakı sakinlərlə də çox rahat yola gedirəm. Yaxşı münasibətim olduğu adamlar var. Amma dost, dost nadirən olur”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 70-dən çox sakinə xidmət göstərilir. Adil Eyyubov da həmin şəxslərdən biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://report.az
archiveBu xəbər 01 Fevral 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri