18 yaşı var, 2.28 boyundadır (Foto)
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
18 yaşlı basketbolçu Jonqkuç Maç qeyri-adi boyu və atletik bacarığı ilə idman ictimaiyyətinin marağına səbəb olub.
Milli.Az xəbər verir ki, 2,29 metr boya malik olan gənc idmançı o qədər hündürdür ki, basketbol səbətinə tullanmadan belə rahatlıqla çata bilir.
Möhtəşəm fiziki göstəricilərinə baxmayaraq, Jonqkuç Maç meydanda çevikliyi, sürəti və rahat hərəkət etməsi ilə də seçilir. Mütəxəssislər onun bu xüsusiyyətlərini gələcək peşəkar karyerası üçün böyük üstünlük hesab edirlər.
Gənc basketbolçunun çıxışı artıq ABŞ-nin bir sıra universitetlərinin diqqətini cəlb edib. Bildirilir ki, hazırda o, təhsilini və idman karyerasını Avstraliya, yoxsa ABŞ-də davam etdirmək arasında seçim etməyə hazırlaşır.
İdmansevərlər isə Jonqkuçun gələcəkdə dünya basketbolunun yeni ulduzlarından birinə çevrilə biləcəyini qeyd edirlər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 29 İyul 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















