18 yaşını tamamlayan miqrantlara ŞOK TƏLƏB KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin miqrant işçilərin yetkinlik yaşına çatan övladlarının ölkədə qalma qaydalarını sərtləşdirən qanunu imzalayıb.
KONKRET.az xəbər verir ki, qanuna əsasən, xarici vətəndaşların valideynlərinin iş icazəsi əsasında Rusiyada müvəqqəti yaşayan övladları 18 yaşına çatdıqdan sonra 30 gün ərzində ölkəni tərk etməlidirlər.
Sənədə görə, bu tələbdən yalnız iki halda istisna tətbiq olunacaq. Belə ki, 18 yaşını tamamlamış şəxsin öz adına əmək patenti olarsa və ya Rusiyada qalması üçün başqa qanuni əsası mövcud olarsa, ölkədə yaşamağa davam edə biləcək.
Qanun Rusiya hakimiyyətinin son dövrlərdə miqrasiya sahəsində nəzarəti gücləndirmək istiqamətində qəbul etdiyi yeni tədbirlərdən biri hesab olunur.
arici vətəndaşların yetkinlik yaşına çatmayan uşaqları valideynlərinin iş icazəsi müddətində Rusiyada müvəqqəti yaşamaq hüququnu saxlayırlar. Lakin yetkinlik yaşına çatdıqdan sonra onlar 30 gün ərzində Rusiyanı tərk etməlidirlər.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 26 İyul 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















