18 yaşlı qızı ona görə hakim qarşısına çıxdı
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Hollivud ulduzu Holli Berrinin 18 yaşlı qızı Nala anasının 12 yaşlı oğlu Maseoya qarşı zorakılıq göstərməsi ilə bağlı məhkəmə prosesində ifadə verib.
Axşam.az xəbər verir ki, “People” nəşrinin məlumatına görə, aktrisanın keçmiş həyat yoldaşı, aktyor Olivye Martines oktyabrda yeni iddia qaldıraraq Holli Berrinin sentyabrın 26-da oğlunu döydüyünü irəli sürüb.
Nala isə anasını müdafiə edərək onun nə özünə, nə də qardaşına qarşı fiziki zorakılıq etdiyini gördüyünü bildirib.
“Heç vaxt anamın Maseonu döydüyünü, şillələdiyini, boğazından tutduğunu, onu kobud şəkildə yaxaladığını və ya başqa formada fiziki zorakılıq göstərdiyini görməmişəm. Onun haqqında irəli sürülən ittihamlara az da olsa bənzəyən hər hansı hərəkətinin şahidi olmamışam” deyə, Nala vurğulayıb.
O, anasının sıx iş qrafikinə baxmayaraq, hər zaman uşaqlarına maksimum diqqət ayırdığını bildirib. Nalanın sözlərinə görə, Holli övladlarının ataları haqqında heç vaxt pis danışmayıb.
Bununla belə, qız aktrisanın bəzən sərt davrana bildiyini və yeniyetməlik dövründə olan Maseonun bunu olduğundan daha kəskin qəbul edə biləcəyini qeyd edib.
Qeyd edək ki, Holli Berri daha əvvəl 12 yaşlı oğluna qarşı zorakılıq göstərməsi ilə bağlı ittihamlara münasibət bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 09 Oktyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















