Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

19 nəfərdən tək biri BƏHRUZ

19 nəfərdən tək biri BƏHRUZ

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2020-ci ilin sentyabr ayında başlanan İkinci Vətən müharibəsinə səfərbərlikdən sonra Bəhruzgil Yevlaxdan 19 nəfər olmaqla birlikdə cəbhəyə yola düşmüş, tale elə gətirmişdir ki, birlikdə də döyüşmüşlər. Bəhruz bunu aşağıdakı misralarında belə ifadə etmişdi:

Yevlax uşaqları yığıldı bura,

Erməni qəlbinə düşübdü yara.

Hər addım atdıqca bizim əsgərlər,

Dığanın əlləri, ayağı titrər.

Bu günlər hər bir kəs bir ürək, yumruq,

Axır ki zərbəni hədəfə vurduq.

Bütün şəhərlərin dostluğudur bu,

Yoldaşlıq misalı, qürur timsalı.

Qarabağ bizimdir, Zəfər bizimdir,

Qələbə qazanmaq taleyimizdir.

On doqquz nəfərik, manqa, tağımıq,

Həm bölük, həm tabor, igid oğlanıq.

Zəfərlə evlərə dönəcəyik biz,

Xoşbəxt gələcəkdir görəcəyimiz.

Bəli, onlar müharibəyə 19 nəfər birlikdə getmişdilər, lakin tək Bəhruz geri qayıtmadı. Vətən torpaqları uğrunda şəhid oldu.

2-ci sinifdən 4-cü sinfə

Bəhruz Məmmədov 7 sentyabr 1991-ci ildə Yevlax rayonunun Xaldan kəndində anadan olmuşdur. Orta təhsilini də bu kənddəki tam orta məktəbdə almışdır. Yüksək nəticələr əldə etdiyinə görə eksternat imtahan yolu ilə 2-ci sinifdən 4-cü sinfə keçmişdir. Onun bütün yoldaşlarından və dostlarından fərqli həyat yoluna da bu qeyri-adiliyi start vermişdir. 2-ci sinifdən 4-cü sinfə keçməklə qarşıdakı müvəffəqiyyətlərlə dolu bir yeniyetməlik və gəncliyin təməlini qoymuşdur Bəhruz.

Qarşıdakı illərdə bu savad və biliklə yanaşı, Bəhruzun istedadı da üzə çıxacaqdı. Onun respublika üzrə fənn olimpiadalarında bir neçə dəfə iştirak edərək yüksək nəticələr əldə etməsi ilə yanaşı, rəsm müsabiqələrinin də qalibi olacağını görəcəkdik. Hələ üstəlik şeir yazmağına da şahid olacaqdıq...

Bəhruz təhsilindəki müvəffəqiyyətlərə və ictimai fəaliyyətinə görə Zahid Şöyübov adına təqaüdə layiq görülüb. Onun haqqında kütləvi informasiya vasitələrində məlumat da verilib. 2009-cu ildə məktəbi bitirən Bəhruz Məmmədov 571 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin İstehlak mallarının ekspertizası və marketinqi ixtisasına qəbul olub. 2013-cü ildə bakalavriat təhsilini bitirərək magistratura təhsilinə başlayıb. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətdən tərxis olduqdan sonra mülki fəaliyyətini davam etdirib. Kompüter proqramları üzrə ixtisası olan Bəhruz ingilis, alman, rus və polyak dillərini bilirdi.

Mənim də qəbrimi o bəzəyəcək...

Həyat çox qəribədir, bu, zaman-zaman bu qəribəliyi yaşayan kəslər tərəfindən söylənib. Əlbəttə, bu qəribəliyi yaşamadan onun nə demək olduğunu dərk etmir insan. Həyatın qəribəliyi yuxarıda uğurlarını könül açıqlığı və qürurla sadaladığım Bəhruzun həyatını da ağuşuna almışdı. Bu qədər həssas, ağıllı, bilikli, intellektual uşaq həyatın bu gözlənilməz silləsini üzündə hiss etmişdi. Bəlkə də onun istedadının üzə çıxmasına-rəsm çəkməsinə və şeir yazmasına da səbəb bu sillə olmuşdu. Bu sillə sanki Bəhruzu oyatmış, “sənin digər istedadların da var”, demişdi...

Ata-anasını çox kiçik yaşında itirərkən həyat bu silləni Bəhruzun üzünə çırpmış, onu bibisi Rəhilə xanımın himayəsinə vermişdi. Lakin Rəhilə xanım Bəhruza həm ata, həm ana olmağı bacarmış və bu bibi-bala qarşıdakı illərdə gözəl bir ailəyə çevrilmişdi. Bəhruz bibisindən hər bir ata-ananın övladına verə biləcəyi sevgini, məhəbbəti alsa da, lakin qəlbinin dərinliklərində gizli bir ata nisgili yaşadığının sonralar Rəhilə xanımın əlinə keçən əlyazmalarda şahidi olduq. Bu əlyazmalar Bəhruzun aşağı sinif şagirdi olarkən yazdığı misralar və uşaq təxəyyülü ilə çəkdiyi şəkillər idi... Onlardan biri: Bəhruz qəbir və üzərində gül çəkərək aşağıdakı misralarla fikrini tamamlayıb:

Yenə də axtardım

Gözəl atamı,

Gördüm ki, qəbiristanlıq

Üşüyür atam.

Atamın qəbrini qucaqlayaraq

Qəbrinin üstünə gül qoyuram mən...

Başqa bir əlyazmada isə atasının 30 oktyabrda dünyasını dəyişdiyini vurğulayan Bəhruz həmin günün onlar üçün “matəm günü” olduğunu qeyd edir və ata həsrəti ilə çırpınan ürəyi bu misraları sıralayır:

Qızılgüldən incimişəm,

Atamın qəbrinin bəzəyi olub.

Mənim də qəbrimi o bəzəyəcək,

Hamının qəbrini o gül bəzəyir...

Və daha ürəkağrıdıcı misralar:

Eh, gör, həyat nə çirkin,

Eh, gör, həyat nə pisdir.

Biri ölür, biri qalır,

Yetimlər də əl-ayaqda...

Bütün bunları sonralar görən Rəhilə xanım çox sarsılır. Bəhruzun atasızlıq, yetimlik nisgilini necə için-için, sükutla yaşadığını bu gün də ürək ağrısı ilə səsi titrəyə-titrəyə söyləyir...

Bu yolda addımlamaq heyrətamiz idi

2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan Bəhruz Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib, 2014-cü ildə hərbi xidmətdən tərxis olunub.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Bəhruz da yenidən hərbi xidmətə çağırılan zaman bu çağırışı böyük məmnuniyyətlə qarşılayır və öz “İnstagram” səhifəsində belə bir paylaşım edir: “Məni də digər dostlar kimi beynəlxalq aləmdə tanınan sərhədlərimizi, ailələrimizi, xalqımızı erməni işğalçılarından qorumağa çağırıblar. Əgər mən şərəfimiz və Vətənimiz uğrunda ölsəm, heç təəssüf etmərəm. Sadəcə dostlarıma demək istəyirəm ki, mən sizi çox sevirəm. Allah sizə yar olsun. Fərqi yoxdur, mən sağ qalsam da, ölsəm də, demək istəyirəm ki, bu yolda addımlamaq heyrətamiz idi və bu yolda ölməyə dəyərdi. Az da olsa, mənim yazdıqlarıma vaxtınızı sərf etdiyiniz üçün sizlərə təşəkkür edirəm... Məmmədov Bəhruz”.

Sonuncu cümlələrə diqqət edin. Bəhruz burada görün nə qədər Vətən sevgisinə qapılmışsa, artıq sonda bir şəhid kimi cümlələrini davam etdirir. Vidalaşır, son sözlərini deyir...

Rəhilə xanım bağrına basıb bütün həyatını verdiyi balasını-Bəhruzunu cəbhəyə yola salır. Və həmin gündən də nigaranlığı, yuxusuz gecələri başlayır. Axı o, balasını müharibəyə, odun-alovun içərisinə yola salmışdı. 30 il öncə Birinci Vətən müharibəsinin acılarını, saysız şəhidini görən bu qadın müharibənin, erməni murdarlığının nə olduğunu çox yaxşı bilirdi. Elə buna görə də gözləri yolda, qulağı səsdə idi...

Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edən Bəhruz Füzulinin, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşur, orta və ali məktəblərdə, sonrakı həyatındakı kimi, burada da tərbiyəsi, tapşırıqları məharətlə yerinə yetirməsi, bilik və bacarığı, taktikası ilə fərqlənir. Bunu sonralar onunla birlikdə döyüşən yoldaşları qürur hissi ilə söyləyirlər.

Şuşa fatehi- unudulmaz şəhidim

Bəhruz Məmmədov 5 noyabr 2020-ci ildə Şuşa şəhərində döyüş tapşırığını yerinə yetirərkən həlak olub, doğulduğu Yevlax rayonunun Xaldan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bəhruz Məmmədov Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz Məmmədov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz Məmmədov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah Bəhruza, bütün şəhidlərimizə rəhmət etsin. Onlar bizim qürurumuz, başımızın tacıdırlar.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see742

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see702

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see702

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see514

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see498

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see343

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see334

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see331

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see322

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see311
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri