Icma.az
close
up
RU
Əsas mərhələ bundan sonra başlayır Ermənilər hansı qərar verəcək?

Əsas mərhələ bundan sonra başlayır Ermənilər hansı qərar verəcək?

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.


Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra regionumuzun əməkdaşlıq məkanına çevrilməsi üçün real zəmin yaranıb.
“Ötən il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələri və həmin sammitdə Birgə Bəyannamənin imzalanması mühüm hadisə oldu. Eyni zamanda, Vaşinqtonda xarici işlər nazirləri tərəfindən sülh sazişi paraflandı. Vaşinqton görüşündən sonra 30 il ərzində davam edən münaqişə tamamilə bitdi, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyuldu. Bu görüşdən sonra ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam yarandı, irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan var. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh sazişi imzalana bilər”, - Milli Məclisin üzvü vurğulayıb.  


Deputat bildirib ki, Ermənistanın yeni konstitusiya layihəsinin ictimaiyyətə açıqlanması məsələnin həlli demək deyil: “Əsas mərhələ bundan sonra başlayır. Çünki erməni xalqı bu məsələdə öz mövqeyini ortaya qoymalıdır. Məlumdur ki, Ermənistan parlamentində təmsil olunan müxalifət partiyaları konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsinin əleyhinədir. Əgər Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim partiyanın təşəbbüsləri nəticə verməsə, parlamentdə əlavə tərəfdarlar toplaya bilməsə, o zaman referendumun keçirilməsi sual altına düşəcək. Bununla da, konstitusiya dəyişiklikləri dalana dirənə bilər”.
Sevinc Fətəliyevanın fikrincə, əslində, bu məsələ Ermənistanın daxili işidir, Azərbaycan bu prosesə qarışmaq niyyətində deyil. Bakının mövqeyi bundan ibarətdir ki, Ermənistanın qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılsın. “Digər məsələlər Ermənistanın daxili işidir.  Yəni, artıq erməni xalqı özü qərar verməlidir ki, sülh istəyir, yoxsa yox. Təkcə Ermənistan dövləti və hakimiyyəti deyil, həm də erməni xalqı mövqeyini bildirməli və düzgün seçim etməlidir. Əgər ərazi iddiaları Ermənistan konstitusiyasından çıxarılarsa, onda tərəflər arasında sülh sazişi imzalanacaq. Əks halda, bu mümkün deyil. Belə olan halda isə gələcəkdə regionda baş verə biləcək hansısa qarşıdurma, toqquşmalara görə Ermənistan dövləti və erməni xalqı məsuliyyət daşıyacaq” - o vurğulayıb.


Mürtəza
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Noyabr 2026 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see456

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see345

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see337

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see323

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see293

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see292

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see288

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see277

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see275

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see275

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see270

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see268

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see251

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see251

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see251

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see223

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see217

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see216

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see215

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri