Icma.az
close
up
RU
19 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? RƏSMİ

19 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? RƏSMİ

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb. Hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sadiq Əzizxan oğlu Səmədov spirtli içkidən zəhərlənib. Onun texniki spirtdən zəhərləndiyi bildirilir. Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, bununla da Bakıda spirtdən zəhərlənərək ölənlərinb sayı 19-a çatıb.

Son günlər spirtdən zəhərlənmə nəticəsində baş verən ölüm halları davamlı xarakter alıb. Həmin spirtin əsasən apteklərdən alındığı ilə bağlı məlumatlar var. Ölümə səbəb olan spirt apteklərdən yığışdırılırmı?

"Cebheinfo.az"-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, nazirliyin müvafiq göstərişinə əsasən yerli dərman istehsalına dəstək məqsədilə, qanunvericiliyə uyğun olaraq risklərin idarə olunması sisteminə və yoxlamaların aparılmasının dövriliyi nəzərə alınaraq hər il yerli dərman istehsalçılarının yoxlaması aparılır:

"Yoxlamalar yalnız lisenziya əsasında fəaliyyət göstərən dərman vasitəsi olaraq istifadə edilən tibbi spirt istehsal edən müəssisələrdə keçirilir. Mərkəzin müvafiq məlumat bazalarına əsasən hazırda xaricə istifadə məhlulu hazırlanması üçün konsentrant istehsal edən iki əcnəbi (Rusiya Federasiyası və Belarus Respublikası) və xaricə istifadə üçün tibbi spirt istehsalçısı olaraq iki yerli şirkət Dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdadır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, yeyinti sənayesi üçün etil spirtinin istehsalına və idxalına nəzarət Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Kimyəvi maddə kimi məişətdə, istehsalatda istifadə edilən etil spirtinin istehsalına nəzarətin aparılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununa əsasən 2015-ci il tarixdən dayandırılıb. Rektifikasiya olunmuş 1-ci növ etil spirti məhsuluna (ГОСТ 5962-2013 Dövlətlərarası Standartı üzrə yeyinti sənayesi üçün istifadə oluna bilməz) və onun əsasında istehsal olunan etil spirti əsaslı əllərin və ya səthlərin təmizlənməsi üçün gigiyenik vasitələrə istehsalçıların müraciətlərinə əsasən Respublika Gigiyena və Epidemiologiya Mərkəzin tərəfindən gigiyenik sertifikatlar verilə bilər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rektifikasiya olunmuş 1-ci növ etil spirti məhsuluna və əllərin təmizlənməsi üçün gigiyenik vasitələrə verilən gigiyenik sertifikatlarda onların içməli olmaması və əllərin təmizlənməsi, eləcə də məişətdə istifadə edilməsi barədə məlumatlar birmənalı olaraq qeyd edilir".

Nigar Abdullayeva

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Fevral 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri