Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

1969 cu ilin 14 iyulu dövlətçilik tariximizdə ən mühüm hadisədir

1969 cu ilin 14 iyulu dövlətçilik tariximizdə ən mühüm hadisədir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu gün qlobal arenada bütün sahələr üzrə öndə olan və milli maraqlarını inamla diktə edən Azərbaycan dövləti çətin və keşməkeşli yollardan keçib. Şərqdə ilk demokratik respublika Azərbaycan adına qurulsa da, amma ömrü qısa oldu və sovet işğalı dönəmində nəinki milli dövlətçilik atributlarımız məhv edildi, hətta dil, mədəni irs, adət-ənənələr kimi vacib elementlər, idarəçilikdə milli kadrlar belə sıradan çıxarılmağa başlanıldı. Yarım əsrlik bir dövrdə iki-üç azərbaycanlı dövlət rəhbərliyinə gətirildi ki, onların da fəaliyyəti Kremlin ümumi imperailst siyasətinə tabe olmaqdan başqa heç nə ilə yadda qalmadı. İyirminci ildə süqut edən dövlətçiliyimiz 49 il sonra müasir Azərbaycan tarixə adını xilaskar lider kimi həkk etdirəcək Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə dirçəldi. 
1969-cu ilin 14 iyulunda Heydər Əliyevin Azərbaycan KPM-nin birinci katibi seçilməsi ilə Azərbaycan dövlətinin müstəqilliyi rəsmən elan olunmasa da, sözün bütün mənasında bu müstəqilliyin fundamental əsasları quruldu.

Azərbaycan Konstitusiyasının qəbulu, ana dilimizin rəsmi dövlət dili elan olunması, milli kadrların idarəçilikdə irəli çəkilməsi, aqrar və sənaye infrastrukturun, ölkədaxili müstəqilliyin təmin edilməsi, neft sənayesinin müasir standartlara çatdırılması, ədəbi və mədəni sahədə milli intibaha nail olunması böyük Heydər Əliyevin hakimiyyətdə olmasının nəticəsi idi. Məhz bu illərdə Ümummilli lider Heydər Əliyev Azərbaycan qarşısında misilsiz xidmətlər göstərdi və xalq məhəbbətini qazandı. Bu tarixdən etibarən Heydər Əliyevin rəhbərliyi ilə respublikamız yalnız həyatın bütün sahələrində sürətli yüksəlişə qədəm qoymadı, eyni zamanda milli ruhun inkişafı, tərəqqisi dövrü başlandı. Gənclərimizin ittifaqın ən nüfuzlu ali məktəblərinə təhsil alınmasına nail olan Heydər Əliyev milli düşüncə sahiblərini imperiyanın repressiya
 “maşını”ndan qorumaqla Vətən qarşısında fövqəlxidmətlər göstərdi. Ulu öndər Heydər Əliyevin atdığı hər addımda Azərbaycanın gələcəyini düşünməsinin şahidi oluruq və görülən işlər milli ruhun dirçəldilməsinə xidmət edirdi. Bu proseslər ölkəmizin müstəqilliyi üçün davamlı şəkildə zəmin yaradırdı. Tarix bir daha sübut etdi ki, Heydər Əliyevin siyasi səhnədə varlığı milli inkişaf dövrümüzün başlanğıcı oldu.

Əgər Ulu öndər SSRİ rəhbərliyindən istefa verməsəydi, Azərbaycan heç zaman faciələr yaşamazdı. Danılmaz bir həqiqətdir ki, böyük Heydər Əliyevin siyasi səhnədə olmaması xalqımızın düşmənlərinin işinə yarıdı. 
Çünki bu bədxah qüvvələrinin rahatlığını pozan Heydər Əliyevin ittifaq rəhbərliyində təmsil olunması idi. Heydər Əliyevin hakimiyyətdə olmaması dövründə Azərbaycan tarixin ən faciəli günlərini yaşadı. Həmin dövrdə fürsət gözləyən erməni separatizmi Kremldəki havadarlarına arxalanaraq Azərbaycana qarşı niyyətlərini açıq ifadə edərək ölkəmizə qarşı rəsmən ərazi iddiası irəli sürdülər. Tarix boyu torpağına, Vətəninə bağlı olan azərbaycanlılar tam heyəti ilə ayağa qalxsalar da, böyük liderin olmaması xalqımızı layiq olmadığı məğlubiyyətə uğratdı, faciələr, ağrılar qismətimiz oldu. O dövrdə baş verənləri təhlil etdikcə belə qənaətə gəlinir ki, Azərbaycan üçün tarix iki yerə ayrılır: imperialist sovet hakimiyyəti dönəmində Azərbaycanın milli inkişaf dönəmi və ideal müstəqiliyimizin əldə etmək imkanı olanda bunun əvəzinə faciələr və məğlubiyyətlər yaşamaq dönəmi. İki əks situasiya üçün tək bir fərq var idi: dahi liderin süni şəkildə xalqdan ayrı salınması! 

Ümummilli liderin birinci hakimiyyət dönəmini təhlil etdikdə əminliklə demək olar ki, onun atdığı bütün addımlar və gördüyü tədbirlər məhz gələcək müstəqil Azərbaycana hesablanmışdı. Bugünkü Azərbaycan dövlətinin iqtisadi və siyasi yüksəlişinin təməl prinsiplərindən biri olan “Əsrin müqaviləsi” məhz Ulu öndərin sovet dönəmində başladığı neft islahatlarının yekunu idi. Çağdaş Azərbaycan Respublikasının bugünkü ərazi bütövlüyü və dünya dövlətləri tərəfindən birmənalı şəkildə qəbul olunmasının tarixi faktorlarından biri Zəfər savaşı və Müzəffər Al Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaət idisə, bu qalib ordunun milli zabit heyətinin formalaşması Ulu öndərin sovet antimilli üsul-idarəsi altında şəxsi nüfuzu və gücü hesabına Bakıda açılmasına nail olduğu C.Naxçıvanski adına hərbi liseylə bağlıdır. Tək bu iki fakt sübut edir ki, Ümummilli liderin 1969-cu ildə hakimiyyətə gəlişi ilə başladığı siyasi və iqtisadi islahatlar tam mənada müstəqil Azərbaycanın təməl daşları idi.

Bu baxımdan 1969-cu ilin 14 iyulu Xalq Cümhuriyyətinin yaranışından sonra dövlətçilik tariximizdə ən mühüm hadisədir. Ümummilli lider 1969-cu ilin 14 iyulundan başladığı prosesi dünya siyasi arenasında müstəqil Azərbaycan dövləti qurmaqla yekunlaşdırdısa, bu dövlətin inkişaf və zirvə nöqtəsinə çatmasını “mən ona özüm qədər inanıram” deməklə xalqımızı və dövlətimizi bu siyasi kursun ən layiqli davamçısına etibar etdi. Bu addım isə Ulu öndərin böyük və qüdrətli Azərbaycan layihəsinin başlanğıcı idi. 1969-cu ilin iyulundan başlanan bu yol isə Azərbaycanın nicatıdır. 

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see331

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see323

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see320

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see310

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see271

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see260

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see257

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see253

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see249

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see245

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see222

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see222

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see216

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see210

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see207

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see205

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see190

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see182

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see175

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri