Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Maskın raketi suya düşərək partladı Video

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

Dövlətçilik tariximizdə mühüm mərhələnin başlanğıcı

Dövlətçilik tariximizdə mühüm mərhələnin başlanğıcı

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

3 oktyabr 1993-cü ildə keçirilən  prezident seçkiləri xalqımız üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli, qalib, bütövləşən  Azərbaycan dövlətinin təməli qoyuldu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşanan siyasi gərginlik, hakimiyyətsizlik tariximizin qara səhifəsi kimi daim vərəqlənir. O dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu  Azərbaycanı faciələrlə, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu. Belə çətin bir dövrdə xalq öz xilaskarına- Ümummilli Lider  Heydər Əliyevə üz tutaraq onu hakimiyyətə dəvət etdi. Ölkədə xaosun, anarxiyanın, özbaşınalığın, iqtisadi böhranın baş alıb getməsi,  torpaqlarımızın  işğalı xalqın sabaha ümidini itirmişdi.  Həyatının mənasını dövlətinə, xalqına xidmətdə görən, hər zaman Azərbaycanın bu günü və gələcəyi barədə düşünərək biri-birindən mühüm addımlar atan Ulu Öndər Heydər Əliyev  xalqını  yenə də tək qoymadı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin müstəqillik tarixinin mühüm səhifəsini yazdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli Lider Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə getdi və bölgədə davam edən qiyamın qarşısını aldı. Ulu Öndər  Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq.

Müasir tariximizə Ümummilli Lider Heydər Əliyevin qayıdışı kimi daxil olan dövr Azərbaycanın sabitlik diyarına çevrilməsi,  iqtisadiyyatının dinamik inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının  müasirləşməsi, dünya miqyasında nüfuzunun yüksəlməsi, ordumuzun qüdrətinin artması və sair kimi mühüm  uğurlarla xarakterizə olunur. 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə Prezident seçilən Ümummilli Lider  andiçmə mərasimində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.

Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq: “Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında mühüm amil oldu.

Ölkəmizdə  müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir: “Ümummilli Lider qısa müddətdə Azərbaycana  investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu. Bu model sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi. Ulu Öndərin müəllifi olduğu  neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı.

Xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu: “Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Ulu Öndər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Onun xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında,  ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi.  Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi, ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı,  məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.  Ulu Öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu.

1993-2003-cü illərdə bütün sahələrdə yaradılan möhkəm təməl Azərbaycanın son 22 ildə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində  ən yüksək zirvələri fəth etməsini, Zəfərlərə imza atmasını şərtləndirdi: “2003-cü ilin 1 oktyabr tarixində Ümummilli Liderin Azərbaycan xalqına müraciəti ölkəmizin bugünkü  və gələcək inkişafının əsası oldu. Dahi şəxsiyyət böyük əminliklə qeyd etdi ki, Onun axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev axıra çatdıracaq. Cənab İlham Əliyevə Özü qədər inanır.

2003-cü ildən  Heydər Əliyev yolunun uğurlu davamının nəticələri göz qabağındadır. Onları sadalamaqla bitməz. Ümummilli Liderin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Daim  böyük əminliklə bildirirdi ki, Qarabağda, Şuşada, Xankəndidə Azərbaycan Bayrağı dalğalanacaq.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev dahi şəxsiyyətin bu arzusunu gerçəkləşdirdi  və  2020-ci il noyabr ayının 8-də Şuşanın azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirdi ki,  bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun  həyata keçirdiyi  bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. 2023-cü il “Heydər Əliyev İli”nə təsadüf edən bu Zəfərimiz cənab İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlərin yerinə yetirildiyinin təsdiqi oldu. Azərbaycanın həyatında yeni dövr başladı. Bu gün qürurla tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqlardan, Qarabağın, Şərqi Zəngəzurun dirçəlməsindən, Böyük Qayıdış Proqramının uğurlu icrasından bəhs edirik. Bütün uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir.
Malik Həsənov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri