“1990 cı illərdən üzv olub, indiyədək bir manat da verməyib” AYB qərarında qətidir KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Elə adam var ki, 1990-cı illərdə Azərbaycan Yazıçılar Birliyinə üzv olub, lakin indiyə qədər heç bir ödəniş etməyib. Lakin biz 2020-ci ildə iclas keçirərək bütün borcları sıfırladıq”.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.
O bildirib ki, üzvlük haqqını ödəməyən hər bir yazıçı AYB-dən xaric olunacaq:
“Bu humanist yanaşmadan sonra düşündük ki, ödənişlər vaxtı-vaxtında edilər. Lakin ötən 5 il ərzində ödəniş etməyən saysız-hesabsız yazıçılar var. Ona görə də qəti qərar çıxartmalı olduq. Bundan sonra üzvlük haqqını ödəməyən hər kəs AYB-dən xaric ediləcək. Bu məsələyə bir az məsuliyyətlə yanaşmaq lazımdır. Vəsaiti heç cür toplaya bilmirik. Pulun yığılması isə vacibdir ki, birliyin müəyyən xərclərini qarşılaya bilək”.
Xəyal Rza qeyd edib ki, səhhətində problem olan, dərmanını ala bilməyən, imkanı zəif olduğu üçün dolanışıq problemi olan bir çox şair-yazıçılara AYB öz hesabına yardım edib:
“Əksər ictimai qurumlar fəaliyyətlərini topladıqları üzvlük haqqı əsasında davam etdirirlər. Bu gün dövlətin dəstəyi olmasa, biz də toplanılan vəsaitlə ayaq üstə qalmağı bacarmalıyıq. Hərdən kimsə gəlir yardım istəyir. Bütün bunları öz daxili imkanlarımız hesabına edirik. Bu proses dəfələrlə təkrar olunub. İndi yalnız tanınmış yazıçıların çoxu ödənişi vaxtında edir. Digərlərindən isə səs-soraq yoxdur.
Üzvlük haqqından azad olunanlar da var. Bunlar qazilər, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarıdır”.
Sözçü bildirib ki, ümumiyyətlə bu günə qədər üzvlük haqqını ödəmədiyinə görə AYB-dən xaric olunanlar yoxdur.
Qeyd edək ki, AYB qurumda təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını tərtib edib. Həmin şəxslərə fevralın 1-dək vaxt verilib. Əgər onlar üzvlük haqqı borclarını ödəməsələr AYB-dən xaric ediləcəklər.
Quruma üzvlük haqqı illik 15 manatdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 12 Yanvar 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















