Yanğınsöndürənlər üç dəqiqə gec gəlsəydilər, sağ çıxmayacaqdıq Masazır sakinləri niyə evlərində rahat yaşaya bilmirlər?
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Abşeron rayonunun Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının bir qrup sakini Baku TV-nin qaynar xəttinə müraciət edib.
"Yanğınsöndürənlər üç dəqiqə gec gəlsəydilər, sağ çıxmayacaqdıq" - Masazır sakinləri niyə evlərində rahat yaşaya bilmirlər?
Sakinlər bildiriblər ki, bir neçə gün əvvəl binanın elektrik naqilləri keçən şaxtasında güclü yanğın baş verib və bu səbəbdən onlarla insan ölüm təhlükəsi ilə üz-üzə qalıb. Sakinlərin iddiasına görə, təhlükəsizlik tədbirləri ilə bağlı bina rəhbərliyinə dəfələrlə müraciət edilsə də, problemə məhəl qoyan olmayıb.
Ailəsini çətinliklə xilas edən bina sakini yaşadığı qorxu dolu anları belə nəql edib:
"Üç mərtəbə qalmış mənim huşum itdi. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bir az gec gəlsə idi, camaat bizə kömək etməsə idi, vəziyyət daha pis olardı. Balam deyirdi ki, ata, biz burada ölüb qalarıq. Yoldaşımı səkkizinci mərtəbədə qoyub, uşağı götürüb aşağı düşmüşəm. Axı bunu onların vicdanı da götürməz. Özləri də bilir ki, belə naqil xətti, belə elektrik sistemi, belə lift sistemi olmamalıdır. Hadisə gecə saat 3-də, 4-də baş versəydi, o tüstüdən heç kim sağ çıxa bilməyəcəkdi".
Digər bir sakin isə binanın tikintisindəki ciddi nöqsanlara diqqət çəkib: "Kartondan şaxta düzəldib, üstünə üzlük vurublar. Allah Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından razı olsun, onlarla fəxr etdim. Onlar üç dəqiqə gec gəlsəydilər, buradan bir nəfər də sağ çıxmayacaqdı. Çünki cəmi 3-4 dəqiqə ərzində alov artıq 10-cu mərtəbəyə çatmışdı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 13 Yanvar 2026 02:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















