Icma.az
close
up
RU
1993 cü ilin 3 oktyabrı dövlətçiliyə sədaqətin tarixidir

1993 cü ilin 3 oktyabrı dövlətçiliyə sədaqətin tarixidir

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Tarixi şəxsiyyətlər xalqının sabahlarının qayğısına qalmaqla dövlətin, dövlətçiliyin inkişaf konturlarını vaxtında müəyyənləşdirir, onların həyata keçirilməsi üçün bütün zəruri siyasi və iqtisadi mənbələri səfərbər edə bilir. Tarixən belə olub. XX əsrdə Azərbaycan xalqının mənəvi dünyasının bütövlüyünü, Azərbaycanın varlığını azərbaycançılıq sevgisi ilə siyasət fenomeni, böyük tarixi şəxsiyyət Heydər Əlirza oğlu Əliyev qorudu və yaşatdı…
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqında” Konstitusiya Aktı qəbul edildi, Azərbaycan imperiyanın ilhaqından xilas oldu.
Azərbaycanda müxtəlif səbəblərdən siyasi vəziyyət kəskinləşmişdi. Səriştəsizlik, idarəetmədə naşılıq, kadr çatışmazlığı, separatçılq meyilləri, … siyasi vəziyyəti son dərəcədə kəskinləşdirmişdi, bunların nəticəsi olaraq respublikada vətəndaş qarşıdurması, vətəndaş müharibəsi yaranmaqda idi. Belə bir vəziyyətdə xalq son çarə kimi böyük tarixi şəxsiyyət Heydər Əliyevi ciddi təkidlə hakimiyyətə dəvət etdi. Həmişə xalqı düşünən, fəaliyyətini xalqın yaşamına səfərbər edən dahi şəxsiyyət xalqın sabahları naminə, Azərbaycan dövlətçiliyinin qorunması naminə bu dəvəti böyük səmimiyyətlə qəbul etdi. 1993-cü il iyunun 9-da Bakıya gəldi. Çox qısa müddətdə Gəncə qiyamı yatırıldı, separatçılığın qarşısı alındı, vətəndaş müharibəsinin başlanmasına imkan verilmədi, Azərbaycan dövlətçiliyi labüd süqutdan xilas edildi…
Dövlətçiliyin xilası dövlətçiliyin möhkəmləndirilməsini tələb edirdi. Respublikaya prezident seçilməli idi. Bu seçkilər oktyabrın 3-nə təyin olunmuşdu. Seçicilərin böyük əksəriyyəti böyük tarixi şəxsiyyət Heydər Əliyevə səs verdi. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident Heydər Əliyev xalqa və dövlətə içdiyi sədaqət andında nitqində dedi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü və nəzarəti ilə gərgin iş aparıldı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi, yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq yaradıldı, respublikamızın sosial-iqtisadi yüksəlişini təmin edə biləsi ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik yaradıldı, dövlət çevrilişinin qarşısı alındı.
Ulu Öndər Heydər Əliyev siyasi uzaqgörənliyi, bənzərsiz istedadı, müdrikliyi, qətiyyətliyi, siyasi iradəsi, dərin zəkası, ensiklopedik biliyə malik olması, geniş dünyagörüşü, azərbaycançılığı fəaliyyətinin başlıca qayəsi bilməsi, tarixi şəraiti düzgün dəyərləndirməsi, … ilə gənc Azərbaycan dövlətinin iqtisadi inkişafının da etibarlı təməlini qoydu, siyasi nüfuzunu da yüksəltdi.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev insanları gerçəkliklərə inandırmağı bacarırdı. Həm də dərin, nüfuzlu məntiqi ilə inandırırdı.
Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biri oldu. Onun siyasi kursunun başlıca qayəsi olan azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirərək milli məfkurəyə çevrildi. “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir” deyən Ümummilli Lider qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu. Bu model sahibkarlığa, sərbəst rəqabətə yol açan, sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi.
Dövlətçiliyinin əsasları 1993-cü ildə qoyulan Azərbaycan dövlətinin Konstitusiyası qəbul edildi, milli ideologiyamız müəyyənləşdirildi, siyasi islahatlar aparılmağa başlanıldı, demokratik inkişafla bağlı zəruri qərarlar, qanunlar qəbul edildi, iqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başladı.
Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına imkan yaratdı, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı.
Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu.
Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdi. Azərbaycanın xarici siyasət kursunun mühüm prioritetlərindən biri də Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyünün tam bərpası ilə həll olunması təşkil edirdi.
Ümummilli Lider Heydər Əliyevin siyasi dühası ilə məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
Qərbə inteqrasiyaya böyük diqqət yetirən Heydər Əliyev dönməz siyasi iradəsi ilə milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısını alırdı, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz böyük tarixi şəxsiyyət Heydər Əliyein iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi gerçəkliyə çevrildi.
“9 Eylül” Universitetinin fəxri doktoru adı verilməsi mərasimində (1997-ci il mayın 7-də) Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev nitqində demişdi: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik.”
“Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik”. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin 1998-ci il dekabrın 10-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirilən Birləşmiş Millətlər Təşkilatının ümumdünya insan hüquqları bəyannaməsinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitqində dediyi bu fikir Azərbaycan dövlətçiliyinin manifesti kimi dinlənilmişdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Dövlət başçımız böyük tarixi şəxsiyyətin ən böyük arzusunu gerçəkləşdirdi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.
3 oktyabr 1993-cü il. Bu tarix də 1918-ci ilin 28 mayı kimi, 1991-ci ilin 18 oktyabrı kimi, 1993-cü ilin 9 iyunu kimi Azərbaycanın dövlətçilik tarixininin sədaqət tarixlərindəndir. Bu sədaqət xalqa sədaqətdir, dövlətə sədaqətdir, dövlətçiliyə sədaqətdir…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Sentyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri