“1995 ci ildən indiyədək həyata keçirilmiş 12 amnistiya aktı 130 mindən çox insana şamil olunub”
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycan dövlətinin gücü və suverenliyi Prezident İlham Əliyevin mərhəmətə əsaslanan siyasi iradəsi ilə tamamlanaraq, “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan edilən amnistiya təşəbbüsü vasitəsilə bir daha bütün dünyaya nümayiş etdirilir; bu addım yalnız hüquqi prosedur deyil, eyni zamanda xalqımıza ünvanlanan humanist yanaşmanın, cəmiyyətimizin həmrəyliyinin və gələcək nəsillərə verilən dərin, prinsipial mesajın ifadəsidir”.
Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, müstəqil Azərbaycan dövləti, Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi, xilaskarlıq missiyası və uzaqgörən siyasi iradəsi nəticəsində qurulmuş, möhkəmlənmiş və tarix boyu xalqımızın qürur mənbəyinə çevrilmişdir:
“Bu irs isə Prezident İlham Əliyev tərəfindən uğurla qorunur inkişaf etdirilir və hər bir addımında dövlətçiliyimizin əsas prinsipləri, suverenlik, hüququn aliliyi və vətəndaş rifahı təcəssüm etdirilir. Amnistiya aktı Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş qəhrəmanlarımızın yaxınlarını, zərər çəkmiş mülki vətəndaşları, qadınları və yaşlıları əhatə edir. Yetkinlik yaşına çatmayan şəxslər və az ağır cinayət törətmiş məhkumlar da bu humanist addımdan faydalanacaq. Məqsəd yalnız cəzanın yüngülləşdirilməsi deyil, insanlara yeni həyat imkanı yaratmaqdır. Bu amnistiya aktı Azərbaycan tarixində misli görünməmiş bir təşəbbüsdür. Azərbaycanın amnistiya və əfv təcrübəsi zəngin və dəyərlidir. 1995-ci ildən indiyədək həyata keçirilmiş 12 amnistiya aktı 130 mindən çox insana şamil olunmuş, 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə elan olunan amnistiya isə 17 mindən çox insanı əhatə etmişdir. Prezident İlham Əliyev dövründə qəbul edilmiş 39 əfv sərəncamı və 5 amnistiya aktı göstərir ki, humanizm və ədalət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 23 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















