Icma.az
close
up
RU
AQC 2025 ci ili uğurla yola salır FOTOLAR

AQC 2025 ci ili uğurla yola salır FOTOLAR

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində 2025-ci ilin yekunlarına Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun təsdiqinin ildönümünə həsr olunmuş rəsmi tədbir keçirilib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə 2025-ci il üzrə Yekun Hesabatın təqdimatı, 30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun təsdiqi, Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsmi və bayram tədbiri keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, peşəkar qiymətləndiricilər, media təmsilçiləri və özəl sektor nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi açılışında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti, 2025-ci il ərzində görülən işlər, həyata keçirilən institusional islahatlar və peşəkar inkişaf istiqamətləri vurğulanıb. Qeyd olunub ki, 2025-ci il AQC üçün təkcə fəaliyyət ili deyil, eyni zamanda qiymətləndirmə institutunun möhkəmləndirilməsi, beynəlxalq standartlara uyğunlaşma və peşəkar həmrəyliyin gücləndirilməsi baxımından əlamətdar mərhələ olub.

Tədbirdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Cəmiyyətin əsas məqsədi ölkədə qiymətləndirmə fəaliyyətinin şəffaflığının artırılması, peşəkar kadr potensialının gücləndirilməsi və iqtisadi qərarların qəbulunda qiymətləndirmə institutunun rolunun daha da möhkəmləndirilməsidir. O, AQC-nin dövlət qurumları, parlament üzvləri və özəl sektorla əməkdaşlığının genişləndirildiyini, bu istiqamətdə ardıcıl və sistemli işlərin görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə ilk təbrik nitqi ilə çıxış edən Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa AQC tərəfindən təqdim edilən hesabata münasibət bildirərək, qurumun aktiv fəaliyyətinin qiymətləndirmə sektorunun inkişafında müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Komitə sədri qurumun beynəlxalq əlaqələr, ictimai və peşəkar sektorlar üzrə hərtərəfli proqram xarakterli fəaliyyətinin Azərbaycan dövlətinin yeritdiyi siyasətin davamı kimi yüksək qiymətləndirib. Daha sonra çıxış edən millət vəkilləri Razi Nurullayev, Vüqar Bayramov, Ceyhun Məmmədov və Səbinə Salmanova qiymətləndirmə fəaliyyətinin ölkə iqtisadiyyatında əhəmiyyətindən danışıblar. Deputatlar bildiriblər ki, daşınmaz əmlak, bank sektoru, investisiya mühiti və sahibkarlığın inkişafı baxımından peşəkar qiymətləndirmə mexanizmləri mühüm rol oynayır. Qeyd edilib ki, bu sahədə fəaliyyət göstərən institutların gücləndirilməsi iqtisadi sabitliyə və şəffaflığa birbaşa təsir göstərir. Millət vəkilləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin qanunvericilik təşəbbüslərinə verdiyi töhfələr, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində apardığı müzakirələr xüsusilə vurğulanıb, yeni qanunun qəbulunda, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ixtisas imtahanlarının sual bankının təşkilində, qiymətləndirmə sektorunun inkişafında rolunun əhəmiyyəti qeyd edilib. Deputatlar AQC-nin və qurum rəhbərliyinin qeyd olunan istiqamətdə fəalləğını təqdir etdiklərini, Azərbaycanın ictimai sektorunun və ekosistemin önəmli iştirakçılarından biri olduğunu bildiriblər.

Tədbirdə UNEC(Azərbaycan Dövlət İqtisad Üniversiteti) tərəfindən AQC sədri Vüqar Oruca serifikat təqdim olunub. Serifikatı təbrik çıxışdan sonra fəlsəfə üzrə fəlsəfə doktoru, UNEC Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə təqdim edib.

Tədbir çərçivəsində 2025-ci il üzrə videoçarx formatında yekun hesabat təqdim olunub. Hesabatda il ərzində həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıqlar, təlim və seminarlar, regionlarda qiymətləndirmə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində görülən işlər ətraflı şəkildə əks olunub.

Rəsmi hissənin davamında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətində fəallığı ilə seçilən üzvlərə, eləcə də Cəmiyyətin təşəbbüslərinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan media nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.

Tədbirin təşkilində və yüksək səviyyədə keçirilməsində dəstək göstərən VECON Consulting MMC, Fame Pro, Expert Audit MMC, International Price Center, Baku Property Services və Azer Business Consulting şirkətlərinə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti adından xüsusi təşəkkür ifadə olunub.

Rəsmi hissədən sonra tədbir bayram proqramı ilə davam edib, Yeni İl və Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü münasibətilə iştirakçılara xoş arzular çatdırılıb və hədiyyələr təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://sitat.info
archiveBu xəbər 23 Dekabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri