2 Aile Arasında filminin nümayiş tarixi açıqlandı
Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
Ssenarisini Gülse Birselin qələmə aldığı, Ozan Açıktanın çəkdiyi BKM istehsalı olan "2 Aile Arasında" filminin nümayiş olunacağı tarix açıqlanıb.
Kulis.az xəbər verir ki, Engin Günaydın, Erdal Özyağcılar və Demet Evgarın da rol aldığı çoxdan gözlənilən komediya filmi dekabrın 4-də kinoteatrlarda tamaşaçılara təqdim olunacaq.
Gülse Birsel bu yeniliyi öz sosial media hesabı vasitəsilə maraqlı bir paylaşımla pərəstişkarlarına elan edib:
"Şəxsi mesajlarda bölüşməli, votsap qruplarına atmalı, sevinclə tullanmalı bir xəbərimiz var. "2 Aile Arasında" dekabrın 4-də kinoteatrlarda! Təqviminizdə qeyd edin, xatırladıcını qurun!"
Baş rollarını Engin Günaydın və Demet Evgarın paylaşdığı ekran işinin geniş aktyor heyətində Erdal Özyağcılar, Devrim Yakut, Ayta Sözeri, Fatih Artman, Şevket Çoruh və Devin Özgür Çınar kimi Türkiyə kinosunun sevilən və tanınmış simaları yer alıb.
Qeyd edək ki, silsilənin ilk filmi olan "Aile Arasında" 2017-ci ildə nümayişə girmişdi. Həmin ekran işi kinoteatrlarda böyük kassa uğuruna imza ataraq 3.5 milyondan çox izləyici toplamağı bacarmışdı.
Hər səhər ovcumdan doğdu Günəş də - Tural Turanın yeni şeirləri "Emili Parisdə" serialı son mövsümü yayımlanacaq "Onu da tərk edəcəksən, bilirəm bunu..." - Maya Anjelunun şeirləri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 05 İyun 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















