Icma.az
close
up
RU
2 BÜRC sevgi və pul içində üzəcək

2 BÜRC sevgi və pul içində üzəcək

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Astroloq Rümeysa Ergüden 13 iyula aid bürc proqnozlarını təqdim edib.

“Cebheinfo.az” həmin proqnozu təqdim edir.

Qoç

Göy cisimlərinin təsiri sizə yüksək enerji və təşəbbüskar ruh bəxş edəcək. Xüsusilə ailə ilə bağlı məsələləri nizamlamaq və yaşanan hadisələri daha yaxşı anlamaq üçün əlverişli zamandır. Hər suala cavab tapmağa çalışmaq əvəzinə sakit şəkildə araşdırmaq və yeni məqamlar kəşf etmək daha faydalı olacaq.

Buğa

Günəşlə Merkurinin qovuşması ünsiyyət və düşüncə tərzinizə yeni işıq salacaq. Vaxtilə maraq göstərdiyiniz bir mövzuya yenidən qayıda və ya əvvəllər arzuladığınız bir məqsədin artıq sizi həyəcanlandırmadığını anlaya bilərsiniz. Bu həftə ağlınıza gələn fikirlər uzunmüddətli layihələrin başlanğıcı ola bilər.

Əkizlər

Pul, iş, şəxsi bacarıqlar və sahib olduqlarınızla bağlı yaranacaq fikirlərə xüsusi diqqət yetirin. İstər daxili ilham, istərsə də ətrafınızdakı insanların təsiri ilə formalaşan ideyalar gələcəkdə mühüm nəticələr verə bilər. Keçmişə qayıdaraq bəzi suallara cavab axtarmaq da gündəmdədir.

Xərçəng

Son dövrlərdə qəbul etdiyiniz qərarları və düşündüyünüz planları yenidən nəzərdən keçirmək üçün münasib gün olacaq. Həmçinin həyatınızda etmək istədiyiniz dəyişiklikləri dəyərləndirmək üçün də əlverişli zamandır. Merkurinin bürcünüzdə olması və Günəşlə qovuşması səbəbindən dediyiniz sözlər adi günlərdən daha güclü təsir yaradacaq.

Şir

Gözləmədiyiniz bir dəstəklə qarşılaşa bilərsiniz. Həyatınızda mühüm dönüş nöqtələri yaradan hadisələr baş verə bilər. Uzun müddətdir cavab tapa bilmədiyiniz bir məsələyə nəhayət aydınlıq gələ bilər.

Qız

Yarımçıq qalan işləri başa çatdırmaq, gözləyən məsələləri nizama salmaq və mövqeyinizi qəti şəkildə ortaya qoymaq üçün əlverişli enerjilər mövcuddur. İdarəedici planetiniz Merkuri geriləmə hərəkətində olduğundan ətrafınızda baş verənlərə daha həssas yanaşa bilərsiniz. Dediyiniz sözlər adi vaxtlardan daha çox təsir yaradacağı üçün ünsiyyətinizdə diqqətli və düşüncəli olmanız vacibdir.

Tərəzi

İş, karyera və uzunmüddətli planlarınızla bağlı son qərarlarınızı yenidən gözdən keçirmək imkanınız olacaq. Gələcək hədəfləriniz barədə düşünərkən keçmiş narahatlıqlara fərqli baxış formalaşdıra bilərsiniz.

Əqrəb

Gələcəyiniz üçün əhəmiyyətli ola biləcək yeni ideyalar yarana bilər. Planlarınızı və qəbul etdiyiniz qərarları fərqli prizmadan qiymətləndirmək imkanınız olacaq. Gün ərzində aparacağınız söhbətlər ilhamverici, maraqlı və dünyagörüşünüzü genişləndirən təsir bağışlaya bilər. Bir sahədə nizam-intizamla çalışmaq başqa bir sahədə özünüzü daha azad hiss etməyinizə kömək edəcək.

Oxatan

Son dövrlərdə yaşanan hadisələri analiz edərkən daxili aləminizi, psixoloji vəziyyətinizi daha yaxşı anlaya bilərsiniz. Şəxsi və ya danışılması çətin olan mövzular ətrafında aparılan söhbətlər gözlənilməz dərəcədə faydalı nəticələr verə bilər. Araşdırmalarınızdan mühüm nəticələr çıxara, dəyərli məlumatlar əldə edə bilərsiniz. Keçmiş münasibətlər və ya daxili dünyanız barədə qazandığınız yeni fərqindəlik sizə üfüqlər açacaq.

Oğlaq

Mühüm məqsədə çatmaq üçün başqaları ilə əməkdaşlıq etmək qərarı verə bilərsiniz. Bu dəfə məsuliyyəti bölüşmək sizə xeyir gətirəcək.

Dolça

Günün enerjisi köhnə problemlərə tamamilə yeni baxış bucağından yanaşmağınıza imkan verəcək. Bunun nəticəsində uzun müddətdir sizi narahat edən məsələlər üçün praktik və səmərəli həll yolları tapa bilərsiniz.

Balıqlar

Təşəbbüskar ruhunuzu ortaya qoymaq və qeyri-adi addımlar atmaq sizə əlavə motivasiya verəcək. Gün ərzində etdiyiniz söhbətlər və ya ağlınıza gələn yeni ideyalar həm sevgi həyatınızda, həm də yaradıcı layihələrinizdə tamamilə yeni düşüncə tərzinin əsasını qoya bilər.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyul 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see341

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see309

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see308

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see298

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see295

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see294

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see288

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see279

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see272

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see271

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see258

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see255

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see250

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see244

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see243

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see239

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see230

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri