İngiltərə klubunun səhmlərinin 25 faizi satışa çıxarılacaq
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Nyukasl"ın nəzarət payına sahib olan Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF), yeni səhmlərin buraxılması yolu ilə klubdakı payının 25 faizini satmaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub rəhbərliyi məsləhətçi qismində çıxış etmək üçün "JP Morgan" şirkətini cəlb edib.
Səhmlərin satışından əldə edilən vəsait PIF-ə deyil, birbaşa "Nyukasl" klubuna yönəldiləcək. Bu vəsaitlər yeni stadion layihəsinin (və ya "St. James" Park" stadionunun modernləşdirilməsi) həyata keçirilməsinə, həmçinin yeni məşq bazasının inşasına sərf olunacaq. Ümumi dəyəri 1 milyard funt-sterlinqdən çox olan bu layihələr klubun inkişafını hədəfləyir.
Hazırda beynəlxalq investorların axtarışı davam edir.
Qeyd edək ki, PIF klubdakı 80 faizlik nəzarət payını 2021-ci ilin oktyabrında əldə edib. Qalan 20 faizlik pay isə "PCP Capital Partners" və "RB Sports & Media" şirkətləri arasında bərabər bölünüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 26 Noyabr 2026 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















