Icma.az
close
up
RU
2 milyon dollara yaxın pul ödədilər, narazı qaldılar... Trampın ziyafətində qalmaqal + FOTOLAR

2 milyon dollara yaxın pul ödədilər, narazı qaldılar... Trampın ziyafətində qalmaqal + FOTOLAR

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın kriptovalyuta investorları üçün təşkil etdiyi xüsusi dəvətli ziyafətdə təqdim edilən yeməklər qalmaqala səbəb olub.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, tədbirdə iştirak etmək üçün hər biri təxminən 1.78 milyon dollar ödəyən qonaqlar verilən yeməkləri “təyyarə yeməyindən də pis” adlandırıblar.

Ağ-qara geyim tələbi ilə keçirilən gecə Trampın rəsmi "meme coin" kriptovalyutasına sərmayə qoyan 220 investorun şərəfinə təşkil olunmuşdu. Qeyd olunur ki, bu layihə Tramp və ailəsinə ümumilikdə təxminən 148 milyon dollar qazandırıb.

Menyuda "sitrus souslu halibut" və "demi glace sousunda biftek" təqdim edilsə də, iştirakçılardan biri – 25 yaşlı investor Nikolas Pinto yeməyi sərt şəkildə tənqid edib:"Bu, Trampın qolf klubunda yediyim ən pis yemək idi. Yeganə yaxşı şey çörək və yağ idi”.

Pinto həmçinin bildirib ki, tədbirdə içki olaraq yalnız su və Trampa məxsus şərab təqdim olunub. Lakin prezident özü alkoqol qəbul etmədiyindən, qonaqların əksəriyyəti su içib. Pinto əlavə edib ki, axşam boyu su stəkanı cəmi bir dəfə doldurulub.

Kriptobloqçu Kris Skinner də tədbiri tənqid edərək yazıb:“Budur, 25 dəqiqəlik boş çıxışla və bu yeməklə sizə təqdim edilən şey”.

Dessert barədə Nikolas Pinto isə istehza ilə bildirib:"Bu, bəlkə də Big Mac deyil, amma yenə də qəbul ediləndir”.

“CNBC” müxbiri Stiv Kovaç isə yeməklə bağlı zarafatla bildirib:"Spirit Airlines-də bundan daha yaxşı yemək yemişəm”.

Bəzi qonaqlar yeməyi "orta səviyyəli", "nə yaxşı, nə pis", digərləri isə "həbsxanada həftə boyu heç kimi bıçaqlamadığın üçün verilən mükafat yeməyi" ilə müqayisə ediblər.


Ağ Ev mətbuat katibi Karolin Leavitt tədbirə edilən tənqidləri "absurd" adlandıraraq, Trampın prezidentlikdən gəlir əldə etmədiyini iddia edib:"Cənab prezidentin bütün aktivləri onun övladlarının idarə etdiyi bir etimad fonduna yerləşdirilib. Bu prezident vəzifəyə gəlməklə nəinki sərvətini, hətta həyatını riskə atıb. Onun maddi qazanc əldə etdiyini demək tamamilə absurd bir fikirdir”.

Xatırladaq ki, tədbirin qonaqları əsasən 2024-cü ildəki prezident seçkiləri zamanı Trampın kripto sənayesinə dair vədlər verdiyi şəxslərdir. Onlar rəsmi “$TRUMP memecoin”-lərinə milyonlarla dollar sərmayə qoyublar. “Blockchain” analitik şirkəti Nansenin məlumatına görə, bəzi investorlar 10 milyon dollardan çox pul yatırıb, ən böyük sərmayəçi isə 22 milyon dollar ödəyən kripto milyarderi Castin San olub.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 May 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri