Icma.az
close
up
RU
2 yaşında İnamımız silahımızdır KONKRET

2 yaşında İnamımız silahımızdır KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Globalinfo.az saytının 2 yaşı tamam olur. İki il öncə bu gün kiçik heyətlə böyük yola başladıq. İnanırdıq ki, uğur qazanacağıq. Cəmi bir neçə gün öncə tanış olduğum gənc və işıqlı insanlarla belə məsuliyyətin altına çiyin vermək ciddi qərar idi. İnamımız özümüzdən 100 metrlərlə ucadaydı. Elə biz də havalardaydıq, nə danaq. Dəhşətli şəkildə inanmışdıq uğur qazanacağımıza. Qısa müddətdə bir-birimizə bağlandıq. Bir-birimizə güvəndik. Ciddi, sistemli işləməyə start verdik.

İki ilin tamamında ölkə saytları arasında ilk 15-likdə (əslində, əksər vaxt 10-luqda, 12-likdə oluruq) qərarlaşmışıq.

Globalinfo.az Azərbaycan mediasının sonbeşiyidir. Bizdən sonra belə miqyaslı, oxunan, sayılan sayt yaradılmayıb. İstərdik yaradılsın. İnanırıq ki, yaradılacaq. Çox lazımdır. Ciddi media resurslarına ehtiyac əvvəlkindən daha çoxdur. Lağ-lağı, məsuliyyətsizlik, baş girləmək vaxtı çoxdan keçib. Məsuliyyətli mərhələyə gəlib çıxmışıq. Ölkənin informasiya sərhədlərinin qorunması üçün hər gün daha çox, daha ciddi, daha canı-dildən çalışmaq lazımdır. Düşmən indi daha çox informasiya cəbhəsində vuruşur bizimlə.

Biz bir lazımsız və təhlükəli qənaəti aradan qaldıra bildik. Əksəriyyət düşünürdü ki, indən sonra ciddi mövzularla media sektorunda mövqe tutmaq mümkün olmayacaq. Az qala daşlaşmaqda olan bu lazımsız və ziyanlı fikri dəyişə bildik. Belə olmadığını media peşəkarları və qeyri-peşəkarları gördü. Azərbaycanda çox ciddi oxucu kontingenti var. Biz onlara istinad etdik. Yanılmadıq. Oxucuları da yanıltmadıq. Ciddi, örnək saytların belə az qalsın “sarılaşdığı” dövrdə biz ilk gündən tutduğumuz yoldan, seçdiyimiz taktikadan sapmadıq.

Globalinfo.az kollektivi

Ötən il 1 yaşımız tamam olanda yazmışdım ki, biz qalib və yeni Azərbaycanın mediasıyıq. 1 ilimizin tamamına 1 ay qalmış Prezident İlham Əliyev Azərbaycan bayrağını Xankəndidə qaldırdı. 1 yaşımız ərəfəsində Ali Baş Komandan Xankəndidə hərbi parad qəbul edirdi. Biz hər iki hadisəni canlı yayırdıq. Həm də qürurla…

Bu il – 2 yaşa vardığımız günlərdə isə Azərbaycan qlobal tədbirə ev sahibliyi edir. Paytaxtımızda COP29 sammiti keçirilir. Globalinfo bu qlobal tədbirin açılış mərasimini canlı verən saytlar sırasında yer almışdı. Həmçinin əməkdaşımız Zaira Akifqızı COP29 tədbiri keçirilən məkandan hər gün xəbərlər, açıqlamalar, sorğular hazırlayır.

Beləcə, digər həmkarlarla bərabər Azərbaycanın qələbə xəbərlərini, uğur  hekayəsini yazırıq. Bundan gözəl nə ola  bilər?..

Hədəfimiz dəyişməyib: böyüməyi, daha qlobal platformaya çevrilməyi qarşımıza məqsəd qoymuşuq. Bura qədər minimal maddi imkanlarla gəlib çıxa bildik. Əslində normal dünya standartları ilə yanaşdıqda qısa müddətdə bu nəticə üçün 100 minlərlə manat vəsait lazımdır. Biz bunu minimum imkanlarla reallaşdırdıq. Amma inkişafda olan media subyekti üçün ciddi vəsait vacibdir. Bu artıq daha qlobal yanaşma tələb edir.

Bu iki ildə bizi tək qoymayan dostlara, dəstək verən dəyərli insanlara, tanıdığımız, tanımadığımız bütün oxuculara salamımızı, təşəkkürümüzü çatdırırıq. Bizə inandığınız, etimad etdiyiniz üçün sağ olun, əziz insanlar.

Ən böyük təşəkkürüm isə Globalinfo komandasınadır. Başda baş redaktorumuz Aqşin Evrən olmaqla, bu saytda imzası, əməyi, göz nuru olan hər kəsi təbrik edir, bağrıma basıram. Biz bacardıq, dostlar! Hər zaman başımız dik, düşüncəmiz Global olsun. Bir işə ki vicdanla, əxlaqla, eşqlə və peşəkar yanaşırsan, uğur qaçılmazdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Noyabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see245

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see161

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see159

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see155

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri