Icma.az
close
up
RU
“20 il, 2 ürək, 1 həyat”

“20 il, 2 ürək, 1 həyat”

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UNEC nəzdində Sosial-İqtisad Kollecinin məzunları Nurcan və Selcan Rüstəmli ilə müsahibə

Bakı, 22 iyun, AZƏRTAC

Əkiz bacılar Nurcan və Selcan Rüstəmlilər bu il UNEC nəzdində Sosial-İqtisad Kollecini uğurla başa vurublar. Nurcan maliyyə işi, Selcan isə sosial iş ixtisası üzrə təhsil alıb. Təhsil illəri ərzində onlar yalnız akademik biliklər əldə etməklə kifayətlənməyib, həm də sosial fəaliyyətlərdə fəal iştirak edərək öz şəxsi inkişaflarına töhfə veriblər. Nurcanın maliyyə sahəsinə, Selcanın isə sosial işə olan marağı onların gələcək hədəflərini daha da dəqiqləşdirib. Bir-birinə hər zaman dəstək olan bacılar AZƏRTAC-a həyat hekayələrini “20 il, 2 ürək, 1 həyat” sözləri ilə ifadə edirlər. Onların hekayəsi göstərir ki, əzm, inam və qarşılıqlı dəstək insanı hədəflərinə doğru aparan ən böyük gücdür.

– Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

Nurcan: Mən Nurcan Rüstəmliyəm. Hər zaman qürurla deyirəm ki, “Qarabağ Azərbaycandır!” deyə biləcəyim bir ölkənin vətəndaşıyam.

Selcan: Mən Selcan Rüstəmliyəm. Özümü həyata müsbət baxan, daim öyrənməyə və inkişaf etməyə çalışan bir gənc kimi görürəm.

– UNEC nəzdində Sosial-İqtisad Kollecində hansı ixtisas üzrə təhsil almısınız və bu ixtisası seçməyinizə nə təsir edib?

Nurcan: Maliyyə işi ixtisası üzrə təhsil almışam. Bu sahəni seçməyimə səbəb ailəmizdə bu ixtisas üzrə peşəkar olaraq özünü doğrultmuş əmim Tamerlan Rüstəmov olub. Onu özümə nümunə götürmüşəm və gələcəkdə bu sahədə uğur qazanmağı hədəfləyirəm.

Selcan: Sosial iş ixtisası üzrə təhsil almışam. Bu ixtisası seçməyimə təsir edən əsas amillərdən biri ölkəmizdə sosial layihələrdə fəal iştirakı ilə seçilən Leyla Əliyevanın bu sahəyə göstərdiyi diqqət və yaradılan imkanlar olub. Sosial iş sahəsini daha dərindən öyrənmək və insanlara faydalı olmaq istədim.

– Kollecdə keçirdiyiniz illərdən ən yaddaqalan xatirələriniz hansılardır?

Nurcan: Dərs aralarında müəllimlərim və tələbə yoldaşlarımla keçirdiyim xoş anlar mənim üçün ən dəyərli xatirələrdir. Bu illər ərzində yalnız bilik deyil, həm də gözəl dostluqlar qazandım.

Selcan: Tələbə yoldaşlarımla və müəllimlərimlə keçirdiyim səmimi anlar kollecdən mənə qalan ən gözəl xatirələrdir.

– Təhsil müddətində qarşılaşdığınız çətinliklər nələr olub və onları necə dəf etmisiniz?

Nurcan: Hər bir insanın həyatında çətin dövrlər olur. Mənim üçün ən həssas məqamlardan biri dövlət himnimiz səslənərkən bir vətəndaş kimi ayağa qalxıb əlimi sinəmə qoyaraq onu ifa edə bilməməyimdir. Lakin bu hiss məni daha da gücləndirib və həyatda qarşıma çıxan çətinlikləri əzmlə aşmağı öyrədib.

Selcan: Mənim üçün ən çətin məqamlardan biri müəllimlərim otağa daxil olarkən hər kəs kimi ayağa qalxaraq onlara hörmətimi ifadə edə bilməməyim olub. Ancaq zamanla anladım ki, hörmət yalnız ayağa qalxmaqla deyil, insanın davranışı, münasibəti və dəyərləri ilə də ifadə olunur.

– Sizcə, inklüziv təhsilin inkişafı üçün hansı addımlar daha vacibdir?

Nurcan: Düşünürəm ki, bütün təhsil müəssisələrində əlçatanlıq imkanları daha da genişləndirilməlidir. Liftlərin quraşdırılması, pandusların müasir standartlara uyğun inşa edilməsi və xüsusi psixopedaqoqların həm inklüziv təhsilə cəlb olunan tələbələr, həm də müəllimlər və digər şagirdlərlə daha fəal işləməsi vacibdir.

Selcan: Hesab edirəm ki, təhsil müəssisələrinin qarşısında nəqliyyat vasitələrinin rahat dayanması və hərəkət imkanlarının yaxşılaşdırılması üçün daha əlverişli şərait yaradılmalıdır.

– Təhsil müddətində bir-birinizə dəstək göstərmisinizmi?

Nurcan: Əlbəttə. Əkiz olmağın ən gözəl tərəflərindən biri də hər zaman bir-birinin yanında olmaqdır. Düşünürəm ki, aramızdakı bağ sözlə ifadə olunmayacaq qədər güclüdür.

Selcan: Əlbəttə. Bu, danılmaz bir həqiqətdir. Biz hər zaman bir-birimizin ən böyük dəstəkçisi olmuşuq.

– Hansı sosial fəaliyyətlərlə məşğul olmusunuz?

Nurcan: İxtisasımla bağlı müxtəlif seminar və tədbirlərdə fəal iştirak etmişəm. Bu fəaliyyətlər həm biliklərimi artırıb, həm də yeni insanlarla tanış olmağıma imkan yaradıb.

Selcan: Öz ixtisasımla bağlı müxtəlif seminar və təlimlərdə fəal iştirak edirəm.

– İdman yarışlarında iştirak etmək qərarını necə verdiniz? Bu sahədə qazandığınız uğurlar barədə danışa bilərsinizmi?

Nurcan: Əslində bu, mənim planlaşdırdığım bir qərar deyildi. Bu mühitin mənə yaratdığı bir fürsət idi və mən həmin fürsəti dəyərləndirməyə çalışdım. İdman mənə böyük təcrübə qazandırdı, özüməinamımı artırdı və insanın sadə bir başlanğıcdan böyük zirvələrə yüksələ biləcəyini göstərdi.

– Sizi motivasiya edən əsas amillər nələrdir?

Nurcan: Məni motivasiya edən ən vacib amillərdən biri sevdiyim sənətçi ilə görüşlərim zamanı onun mənə qürurla baxması və uğur yolunda irəliləməyim üçün verdiyi dəstəkdir.

Selcan: Mən düşünürəm ki, daxili dünyam və həyata pozitiv baxışım məni motivasiya edən ən əsas amillərdəndir.

– Bu gün əldə etdiyiniz uğurlarda daha çox kimin dəstəyi olub?

Nurcan: Bu uğurlarda ailəmin, müəllimlərimin və ətrafımdakı hər bir insanın payı var. Özümü xoşbəxt hesab edirəm ki, belə bir ailədə böyümüşəm və bu günə qədər məni dəstəkləyən müəllimlərin əhatəsində təhsil almışam.

Selcan: Əldə etdiyim uğurlarda ailəmin və sevimli müəllimlərimin böyük rolu var.

– Təhsilinizi davam etdirmək və ya peşəkar fəaliyyətə başlamaq planlarınız varmı?

Nurcan: Bəli, əlbəttə. Təhsilimi davam etdirmək və gələcəkdə peşəkar fəaliyyətimdə uğur qazanmaq mənim əsas hədəflərimdən biridir.

Selcan: Bəli, planlarım genişdir. Ən böyük hədəfim öz ixtisasım üzrə peşəkar addımlar atmaqdır.

– Sizin hekayənizi bir cümlə ilə ifadə etmək lazım gəlsə, bu cümlə necə olardı?

Nurcan: “20 il, 2 ürək, 1 həyat.”

Selcan: “Eyni ulduzların altında doğulan iki fərqli möcüzədən digəri.”

– Əldə etdiyiniz nailiyyətlərlə digər gənclərə hansı mesajı vermək istərdiniz?

Nurcan: Həyatda hədəflərinizə çatmaq üçün heç bir vəziyyət maneə deyil. İnanıram ki, insan istədiyi məqsədə əzm, inam və zəhmətlə mütləq çata bilər.

Selcan: Həyatın enişli-yoxuşlu yollarına baxmayaraq, heç vaxt arzularınızdan vaz keçməyin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 İyun 2026 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see268

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see240

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see239

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see233

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see230

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see223

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see222

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see221

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see204

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see201

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see201

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see200

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see200

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see197

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see196

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see195

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see189

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see184

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see177

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri