Icma.az
close
up
RU
Ürək problemi: dünyada hər il 20 milyon...

Ürək problemi: dünyada hər il 20 milyon...

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ürək tutmaları və ürək-damar xəstəlikləri qlobal miqyasda qeydə alınan ölüm hallarının əsas səbəblərindəndir. Dünyada hər il təxminən 19.8 milyon insan ürək və damar xəstəlikləri səbəbindən ölür. Bu, bütün dünyada ölənlərin təxminən 32 %-i deməkdir. Bu saya ürək infarktı və insult kimi hallar da daxildir; onların payı bu ölümlərin təxminən 85 %-ni təşkil edir. Ürək və damar xəstəliklərindən ölənlərin sayı 1990-cı illərdə təxminən 13 milyon olsa da, son illərdə bu rəqəm təxminən 19-20 milyon civarına yüksəlib. Ümumdünya Səhiyyə Təşkilatı dünya miqyasında ürək xəstəliklərinin ölümə səbəb olan ən böyük xəstəlik qrupu olduğunu deyir.

Tədqiqatlar göstərir ki, bol tərəvəzli qidalanma və fiziki fəaliyyətli həyat tərzi ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir. Amerika Ürək Assosiasiyasının pəhriz qaydaları həmçinin meyvə-tərəvəzə, paxlalı məhsullara, balıq kimi yağsız və zülalla zəngin qidalara üstünlük verməyi, ultra emal olunmuş qidaları və təmizlənmiş şəkəri məhdudlaşdırmağı tövsiyə edir. Bu dəyişiklikləri həyatına tətbiq etmək çox ilk baxışda çətin görünə bilər. Lakin Kaliforniya Universitetinin dosenti, tanınmış qidalanma üzrə tədqiqatçı və dietoloq, professor Metyu Lendri bildirib ki, ürəyi sağlam saxlamaq üçün qida rasionunu tamamilə dəyişdirməyə ehtiyac yoxdur. O, ürəyi qoruya və ürək tutmalarının qarşısını ala biləcək üç sadə prinsipi əsas tutaraq yaşamağı tövsiyyə edir.

Lendrinin ilk təklifi yemək bişirməkdə istifadə olunan yağın növünü dəyişdirməkdir. Lendri kərə yağı və ya donuz piyi kimi yağlar əvəzinə zeytun yağı və ya avokado yağı kimi ürək üçün faydalı yağlardan istifadə etməyi tövsiyə edir. “Heyvan məhsulları və donuz yağı, kərə yağı və qaymaq kimi tam yağlı süd məhsulları doymuş yağ ehtiva edir ki, bu da LDL və ya xolesterolu artıra bilər”, - deyən Landry, bir insanın qanında çoxlu LDL xolesterolu varsa, arteriyalarında yapışqan bir təbəqə əmələ gələ biləcəyini və bunun da ürək xəstəliyi riskini artırdığını qeyd etdi.

Balanslı bir pəhrizin bir hissəsi olaraq yağ istehlak etməli olduğumuzu vurğulayan Landry, avokado, yağlı balıq, qoz-fındıq və zeytun yağı kimi qidalarda olan doymamış yağların LDL xolesterolumuzu doymuş yağlar qədər artırmadıını deyir. Landry tədqiqatında qırmızı ət istehlakının azaldılmasının ürək-damar xəstəlikləri riskini azaltdığını da sübut edir.

Landry, tədqiqatını tək yumurta əkizləri üzərində həyata keçirib. Belə ki. 22 tək yumurta əkizindən biri tam veqan, digəri isə sərbəst qidalanma ilə tədqiqat altına alınıb. Tədqiqatın sonunda veqanlarda LDL xolesterol və insulin səviyyəsi aşağı idi və ürək-damar xəstəlikləri üçün risk faktoru olan artıq çəkinin itirilməsi müşahidə edildi. Landry deyir ki, bu ətdən tamamilə imtina etmək demək deyil, lakin mal əti və kolbasa kimi qırmızı və emal olunmuş ətləri toyuq və hind toyuğu kimi yağsız seçimlərlə və ya doymuş yağ miqdarı az olan balıqlarla əvəz etmək sağlamlıq üçün vacibdir.

O, həmçinin pəhrizə bitki mənşəli protein mənbələrinin əlavə edilməsinin vacib olduğunu qeyd edərək deyir: “Nəticə etibarilə, insanların lobya, mərcimək, noxud kimi bitki mənşəli proteinlər istehlak etməyə başlamasını məqbul hesab edirəm. Bunlar həm də ürəyimiz üçün əla qidalardır.” Landry, lifin xolesterol səviyyəsini balansda saxlamaqda çox vacib olduğunu, lakin bu gün pəhriz saxlayan insanların əksəriyyətinin kifayət qədər lif istehlak etmədiyini söyləyir.

Həqiqətən də, 2020-2025-ci illər üçün Amerika Pəhriz Təlimatlarına görə, qadınların 90 faizi və kişilərin 97 faizi tövsiyə olunan gündəlik 30 qram lif qəbuluna cavab vermir. 2025-2030-cu illər üçün təlimatlarda gündə iki-dörd porsiya emal olunmuş taxıl istehlakı tövsiyə edilmir. Qəhvəyi düyü, kinoa bitkisi və buğda çörəyi kimi tam taxıllar yaxşı lif mənbəyi hesab olunur. Məsələn, bir stəkan qəhvəyi düyünün 3,5 qram, bir stəkan ağ düyünün isə 0,6 qram lif ehtiva etdiyini qeyd edən Landry deyir ki, biz çörək də yeyə bilərik, düyü də yeyə bilərik, amma emal edilməmiş, orijinal versiyasını.

Məlumat üçün qeyd edək ki, taxılın orijinal versiyası o deməkdir ki, taxıl emal zamanı öz əsas hissələrini itirməyib və bütöv halda istifadə olunur. Taxıl dənəsi 3 hissədən - kəpək (liflə zəngindir), endosperm (əsasən nişastadır), rüşeymdən (vitaminlər, minerallar, sağlam yağlar) ibarət olur. Orijinal taxıl bu 3 hissənin hamısı saxlanılan taxıldır, emal olunmuş və ya təmizlənmiş taxıl kəpək və rüşeymin çıxarıldığı, yalnız endospermin qaldığı taxıldır. Yalnız endosperm faydalı deyil, tərkibindən lif, vitamin-mineral, sağlam yağlar çıxarılıb əsasən nişasta və az miqdarda protein qalıb. Ağ un, ağ düyü, ağ çörək, ağ makaron bu səbəbdən insan orqanimi üçün faydalı sayılmır, hətta bir çox xəstəliyin təməlində bunlar var.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see282

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see223

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see222

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see219

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see213

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see212

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see211

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see210

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see196

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see196

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see169

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see165

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see163

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see161

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see159

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see159

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see159

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see158

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see157

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri