20 metrlik ağaclara dırmaşıb, tək tək yığırlar, kiloqramı 500 manatdır
Icma.az bildirir, Milli.az portalına istinadən.
Türkiyənin Artvin bölgəsində yüksək ərazilərdə bitən küknar (şam) ağaclarından toplanan təbii şam saqqızının (küknar saqqızı) kiloqramı 7 500 - 10 000 lirə (təxminən 370 - 500 AZN) arasında dəyişən qiymətlə satılır.
Milli.Az xəbər verir ki, avqust və sentyabr aylarında kəndlilər və çobanlar hündürlüyü 15-20 metrə çatan ağaclara dırmaşaraq saqqızı bıçaq vasitəsilə tək-tək qazıyırlar. Riskli işçilik məhsulun qiymətini birbaşa artırır.
Ənənəvi olaraq əzilib toz halına gətirildikdən sonra balla qarışdırılaraq istehlak edilən bu məhsul, əsasən mədə və həzm sistemi problemləri olanlar, həmçinin 50 yaşdan yuxarı şəxslər tərəfindən üstünlük verilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:93
Bu xəbər 12 Oktyabr 2026 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















