Icma.az
close
up
RU
20 Noyabr Ağdam Şəhəri Günü: Qarabağın ürəyinin dirçəlişi və Azərbaycanın dövlətçilik iradəsinin rəmzi

20 Noyabr Ağdam Şəhəri Günü: Qarabağın ürəyinin dirçəlişi və Azərbaycanın dövlətçilik iradəsinin rəmzi

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər ölkəmizin tarixinə yeni səhifələr yazdı, işğal altında qalan şəhər və kəndlərimizin azad olunması xalqımızın milli birliyinin, ordumuzun qüdrətinin və cənab Prezident İlham Əliyevin müdrik, qətiyyətli siyasi liderliyinin təcəssümünə çevrildi. Həmin şəhərlər arasında Ağdamın azad edilməsi və işğaldan sonra bərpası, dövlətimizin Qarabağ siyasətində strateji dönüş nöqtəsi oldu.

“20 Noyabr – Ağdam Şəhəri Günü isə bu böyük tarixi hadisənin rəmzi olaraq şəhərin dirçəlişinin, milli yaddaşın və Azərbaycan dövlətinin sarsılmaz iradəsinin anım və qürur günüdür”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Ağdam təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın strateji, mədəni və iqtisadi mərkəzlərindən biri olub: “XX əsrin sonuna qədər, şəhər regionun sənaye və kənd təsərrüfatı qovşağı, Qarabağda mühüm nəqliyyat-kommunikasiya mərkəzi idi. Zəngin mədəniyyət beşiyi, Qarabağ xalçaçılığının əsas ocaqlarından biri, ölkənin intellektual və musiqi mühitinin vacib hissəsi idi. Ağdam həm də Azərbaycanın muğam mədəniyyətinin paytaxtı sayılan məkanlardan biri kimi milli-mədəni irsimizdə xüsusi yer tutur”.

Nicat İsmayılov

“1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Ağdamı işğal etməsi nəticəsində şəhər tamamilə dağıdıldı. Ağdamın 30 ilə yaxın davam edən işğalı beynəlxalq hüquqa zidd olaraq şəhərin sistemli şəkildə talan edilməsi, mədəni irsin məhv edilməsi və humanitar faciələrlə müşayiət olundu”-deyən politoloq vurğulayıb ki, Ağdam dünyanın “ruhlar şəhəri” adlandırılacaq dərəcədə yerlə-yeksan edildi, bu dağıntılar Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini və qeyri-insani xarakterini açıq şəkildə nümayiş etdirirdi.

“44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun şanlı döyüş yolu Ermənistanı kapitulyasiyaya məcbur etdi və 10 noyabr bəyanatına əsasən Ağdam döyüşsüz, sülh yolu ilə azad edildi. 20 noyabr 2020-ci il tarixində Azərbaycan bayrağı Ağdam üzərində ucaldı. Bu, həm də cənab Prezident İlham Əliyevin uzaqgörən və dəmir iradəli siyasətinin nəticəsi idi. Ağdamın azad olunması, Qarabağın mərkəzinə nəzarəti bərpa etdi. Kommunikasiya xəritəsində strateji üstünlük yaratdı. Regionun rekonstruksiyasına geniş imkanlar açdı və Azərbaycanın yeni tarixi reallıq yaratmaq gücünü dünyaya göstərdi”-deyə Nicat İsmayılov qeyd edib.

Nicat İsmayılov bildirib ki, Ağdam işğaldan azad edilən ilk gündən etibarən Azərbaycan dövlətinin “Böyük Qayıdış” proqramının ən mühüm mərkəzlərindən birinə çevrildi: “Prezident İlham Əliyev Ağdamda aparılan quruculuq işlərini şəxsən nəzarətdə saxlayır. Onun Ağdama səfərləri şəhərin dirçəlişinin siyasi, strateji və simvolik əhəmiyyətini daha da artırır. Ağdamda həyata keçirilən əsas layihələr, “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun yenidənqurma, Sürətli yol və dəmir yolu infrastrukturunun bərpası, Sənaye parkının yaradılması və böyük investisiya layihələri bu gün göz önündədir. Ağdam Cümə məscidinin bərpası, Qarabağ Universitetinin və digər sosial infrastruktur obyektlərinin tikintisi, Yaşayış məhəllələrinin salınması və köç prosesinə start, bu layihələr Ağdamın yaxın illərdə Azərbaycanın ən müasir və inkişaf etmiş şəhərlərindən birinə çevriləcəyini göstərir”.

Politoloq qeyd edib ki, Ağdamın bərpası təkcə infrastruktur quruculuğu deyil, həm də milli kimliyimizin bərpası, tarixin canlanması, cəmiyyətimizin öz köklərinə qayıdışıdır.

“Şəhər artıq, iqtisadi mərkəz, sülh və inkişaf platforması, Qarabağın reinteqrasiyasının lokomotivi, beynəlxalq sərgilərin və tədbirlərin məkanı kimi sürətlə formalaşır. Ağdamın yeni siması Azərbaycanın güclü dövlət kimi inkişaf strategiyasının real göstəricisidir.

Bu günün təsis olunması bir neçə mühüm siyasi mənanı özündə daşıyır:

1. Tarixi ədalət bərpa olundu.

Ağdamın azadlığı Azərbaycan xalqının iradəsinin sarsılmazlığını göstərdi.

2. Dövlətçilik ideologiyasının qələbəsi.

Prezident İlham Əliyevin “dəmir yumruq” siyasəti, Azərbaycanın milli birliyinin və gücünün simvoluna çevrildi.

3. Postmünaqişə dövrünün başlanğıcı.

Ağdamda aparılan quruculuq işləri regionda sülhün əsas təminatlarından biridir.

4. Milli yaddaşın dirçəlişi.

İşğal illərində dağıdılan şəhərin bərpası xalqımızın tarixi yaddaşının yenidən ayağa qalxması deməkdir.

20 Noyabr – Ağdam Şəhəri Günü yalnız bir tarix deyil, Azərbaycanın gücünün, əzminin, qələbə əzminin və milli birliyinin simvoludur. Ağdamın dirçəlişi postmüharibə dövründə Azərbaycanın yaratdığı yeni regional reallığın parlaq nümunəsidir. Ağdam bu gün yalnız bərpa edilən şəhər deyil, yenidən doğulan Qarabağın paytaxtı, Azərbaycanın inkişaf modelinin və dövlətçilik iradəsinin təntənəsidir”-deyə Nicat İsmayılov bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri