“Bu gün Türkiyədə ola bilərdi, amma...” ABŞ dən Maduro əməliyyatı ilə bağlı növbəti açıqlama
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ Ədliyyə Nazirliyi, FTB və Narkotiklərlə Mübarizə İdarəsi Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşına qarşı həyata keçirilən əməliyyatla bağlı birgə açıqlama yayıb.
Bildirilib ki, əməliyyat narkotik böhranı və əlaqəli cinayətlərlə bağlı aparılan cinayət təqibini dəstəkləmək məqsədi daşıyıb və aylarla davam edən koordinasiya nəticəsində həyata keçirilib.
Açıqlamada vurğulanıb ki, ABŞ məsələni dinc və hüquqi yollarla həll etmək üçün bütün imkanları dəyərləndirib, lakin bu fürsətlər dəfələrlə rədd edilib. Əməliyyatın federal qurumlar arasında sıx əməkdaşlıq və etimada əsaslandığı qeyd olunub.
Bundan əlavə, ABŞ Senatının üzvü Lindsi Qrem isə Prezident Trampın yanında "Air Force One"-da verdiyi açıqlamada, “Maduro bu gün Türkiyədə ola bilərdi, amma o Nyu-Yorkdadır”, - deyə bildirib.
Qrem Maduronun ona təqdim olunan çıxış yolunu rədd etdiyini və nəticədə məsuliyyətin öz üzərində olduğunu bildirib.
"AzPolitika.info"
Baxış sayı:43
Bu xəbər 05 Yanvar 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















