Icma.az
close
up
RU
20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü: Zəfərdən dirçəlişə uzanan yol ŞƏRH

20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü: Zəfərdən dirçəlişə uzanan yol ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Bəzən tarixdə elə günlər olur ki, bir təqvim səhifəsinə sığmır, bütöv bir xalqın yaddaşına həkk olunur. 20 sentyabr da Azərbaycan xalqı üçün məhz belə tarixi günlərdəndir. Bu tarix Xankəndinin, Xocalının, Xocavəndin və Ağdərənin azadlığını, Azərbaycanın dövlət suverenliyinin tam bərpasını və uzun illər davam edən həsrətin sona çatmasını özündə birləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyən edilib.
Bu günün mahiyyətini anlamaq üçün 2023-cü ilin sentyabrına qayıtmaq kifayətdir. 19-20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi bütün ərazisində bərpa edildi. Bunun ardınca 15 oktyabr 2023-cü ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Ağdərədə, Xocalıda və Xocavənddə Azərbaycan Dövlət Bayrağını ucaltdı. Dövlət başçısının Xankəndidə Azərbaycan Bayrağını ucaltdığı həmin gün tariximizin ən möhtəşəm səhifələrindən birinə çevrildi.
Prezident İlham Əliyevin Xankəndidə söylədiyi sözlər həmin tarixi anın mahiyyətini bütün aydınlığı ilə ifadə edir: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.” Bu, sadəcə bir bayrağın ucaldılması deyildi. Bu, Azərbaycan dövlətinin suverenliyinin, milli iradəsinin və tarixi ədalətin təntənəsi idi.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycan tarixinin ayrılmaz parçasıdır. Bu şəhərlərin azadlığı yalnız ərazi anlayışı ilə məhdudlaşmır. Burada söhbət insanların doğma yurdlarına qayıtmasından, dağıdılmış şəhərlərin yenidən qurulmasından, tarix və mədəniyyətimizin dirçəldilməsindən gedir. Bu baxımdan 20 sentyabr həm də Böyük Qayıdışın mənəvi dayaqlarından biridir.
İllər boyu Xocalının adı xalqımızın yaddaşında böyük faciə ilə yanaşı çəkildi. Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında heç vaxt silinməyəcək ağrılı iz buraxdı. Lakin bu gün Xocalı artıq yalnız faciənin adı deyil. Xocalı azad edilmiş, yenidən qurulan və gələcəyə doğru addımlayan şəhərdir. Prezident İlham Əliyev Xocalıda çıxışlarının birində vurğulayıb: “Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi.”
Bu fikir dövlət siyasətinin mühüm istiqamətini – yalnız torpaqları azad etməyi deyil, həmin ərazilərdə həyatı yenidən qurmağı göstərir. Bu gün Qarabağın hər guşəsində aparılan tikinti-quruculuq işləri Zəfərin davamı, qələbənin sülh və inkişafla möhkəmləndirilməsi kimi qiymətləndirilə bilər. Rəsmi məlumatlara görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa, infrastruktur və Böyük Qayıdış layihələri həyata keçirilir.
20 sentyabr həm də Azərbaycanın son illərdə keçdiyi böyük tarixi yolun məntiqi nəticəsidir. 44 günlük Vətən müharibəsi ilə başlayan Zəfər yürüşü 2023-cü ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə tamamlandı. Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!”
Bu tarixi prosesin arxasında güclü dövlət, güclü ordu və xalq-dövlət birliyi dayanır. Dövlət başçısı həmin tarixi günlərdən danışarkən xüsusi olaraq vurğulayıb: “Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.” Bu birlik Azərbaycanı ən mürəkkəb sınaqlardan keçirərək Zəfərə aparan əsas amillərdən biri kimi tarixə düşüb.
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə artıq yeni həyatın izləri görünür. Azərbaycan Bayrağı bu şəhərlərin üzərində qürurla dalğalanır. Dövlət tərəfindən həyata keçirilən bərpa və quruculuq layihələri isə Qarabağın gələcək simasını formalaşdırır. Məqsəd dağıdılmış əraziləri sadəcə əvvəlki vəziyyətinə qaytarmaq deyil, onları müasir, rahat və dayanıqlı yaşayış məkanlarına çevirməkdir.
20 sentyabrın ən böyük mənası isə budur: Azərbaycan tarixinin yarımçıq qalmış səhifəsi tamamlandı. Uzun illər həsrətlə gözlənilən gün gəldi və dövlət suverenliyi bütün ölkə ərazisində təmin olundu. Prezident İlham Əliyevin Xankəndidəki tarixi çıxışında dediyi kimi: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki... bu Qələbə əbədi bizimlə olacaq.”
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yalnız keçmişin deyil, Azərbaycanın gələcəyinin də şəhərləridir. Burada yeni yollar çəkilir, evlər tikilir, məktəblər, sosial obyektlər yaradılır, insanlar doğma torpaqlarına qayıdır. Beləliklə, Zəfər yalnız hərbi qələbə kimi deyil, quruculuq və inkişaf mərhələsi kimi davam edir.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının yaddaşında Zəfərin, suverenliyin və Böyük Qayıdışın rəmzi olaraq yaşayacaq. Bu tarix həm keçmişi xatırlamaq, həm bu günün reallıqlarını dərk etmək, həm də gələcəyə inamla baxmaq üçün mühüm mənəvi tarixdir. Qarabağda dalğalanan üçrəngli bayrağımız isə bu tarixi gerçəyi bir daha təsdiqləyir: Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, indi isə azad edilmiş torpaqlarını böyük quruculuqla gələcəyə hazırlayır.
Vüsalə Əliyeva
YAP Sədərək rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri