Icma.az
close
up
RU
20 Sentyabr yeni nəsillərə dövlətçilik dəyərlərini aşılayan tarixi mərhələdir RƏY

20 Sentyabr yeni nəsillərə dövlətçilik dəyərlərini aşılayan tarixi mərhələdir RƏY

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan və Ölkə Başçısı cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə qeyd edilən “20 Sentyabr” tarixi Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa olunmasını təcəssüm etdirən mühüm tarixi hadisədir.

Bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva "AzPolitika"ya açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı müstəqilliyinin bərpasından sonra qarşıya çıxan ən mühüm vəzifələrdən biri ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi olmuşdur:

"Uzun illər davam edən işğal nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində dövlət hakimiyyətinin və Konstitusiyanın hüquqi qüvvəsinin tam tətbiqi mümkün olmamışdır. Bu vəziyyət həm ölkənin dövlətçilik maraqları, həm də milyonlarla insanın fundamental hüquqları baxımından ciddi nəticələr doğurmuşdur. Azərbaycan dövlətinin rəsmi sənədlərində ərazi bütövlüyünün və suverenliyin bərpası dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təqdim edilmişdir."

Pərvanə Vəliyeva vurğulayıb ki, dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi olmuşdur. Müharibənin nəticəsində Azərbaycanın bir sıra şəhər, rayon və kəndləri işğaldan azad edilmiş, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Belə ki, 2020-ci il hadisələri Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin əsas mərhələlərindən biri idi. Bu hadisələrdən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri Qarabağ bölgəsində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpası idi.

Millət vəkili 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatının tarixi əhəmiyyətinə diqqət çəkib:

"2023-cü il 19 sentyabr Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Həmin gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması və Konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror əməliyyatına başlanıldı. Əməliyyat cəmi 23 saat 43 dəqiqə davam etdi və sentyabrın 20-də başa çatdı. Nəticədə Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi və ölkəmizin dövlət suverenliyi tam bərpa olundu."

Deputat bildirib ki, əməliyyatın qısa müddətdə başa çatması Azərbaycan Ordusunun peşəkarlığını, hazırlığını və yüksək döyüş qabiliyyətini nümayiş etdirdi. Ağır relyef və əvvəlcədən hazırlanmış mühəndis istehkamlarına baxmayaraq, Azərbaycan Ordusu bütün istiqamətlərdə mühüm hərbi nəticələr əldə etdi və 406 kvadratkilometr ərazi nəzarətə götürüldü. Əməliyyatın digər mühüm xüsusiyyəti isə mülki əhalinin qorunmasına xüsusi diqqət yetirilməsi idi. Azərbaycan hərbi birləşmələrinə Qarabağda yaşayan erməni əhalisinin zərər görməməsi ilə bağlı tapşırıqlar verilmiş, mülki şəxslər müxtəlif vasitələrlə xəbərdar edilmiş, qadınlar, uşaqlar, yaşlılar və xəstələrə müvafiq köməkliklər göstərilmişdi.

Uğurlu əməliyyatlar nəticəsində hüquqi müstəvidə atılan addımları şərh edən P.Vəliyeva qeyd edib:

"Uğurlu keçən əməliyyatlar nəticəsində Xocalı qatilləri və illərdir torpaqlarımızı əsarət altında saxlayan canilər də hüquq önündə cavab verməyə məcbur qaldılar. Qondarma rejimin üzvləri ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Ötən illər ərzində toplanmış təkzibolunmaz sübutlar və faktlar əsasında Ermənistan silahlı qüvvələri, həmçinin qanunsuz silahlı birləşmələr tərəfindən Azərbaycan xalqına qarşı cinayətlər törətmiş terrorçu dəstənin üzvləri layiqli cəzalarını alıblar. Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan qondarma rejim yaradaraq sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir."

Açqlamada vurğulanır ki, bu hadisədən sonra Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi və Konstitusiyanın hüquqi qüvvəsinin bərqərar olması dövlətin rəsmi mövqeyində xüsusi tarixi əhəmiyyət daşıyan nəticə kimi qiymətləndirilmişdir. Prezident cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Günü təsis edilmiş və həmin vaxtdan hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bununla da, 20 Sentyabr Azərbaycanın müasir tarixində dövlətçilik, ərazi bütövlüyü və suverenlik anlayışlarının vəhdətini ifade edən rəsmi tarixlərdən birinə çevrilmişdir.

Dövlət Suverenliyi Gününün təsis edilməsinin müasir dövlətçilik tarixindəki rolunu qeyd edən deputat əlavə edib:

"Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın müasir dövlətçilik tarixində mühüm hadisələrin yaddaşda qorunmasına xidmət edir. Bu gün xalqın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenlik kimi fundamental dəyərlərə münasibətini ifadə edən əlamətdar tarixdir. Suverenliyin bərpası Azərbaycan cəmiyyətində dövlətçilik şüurunun, milli həmrəyliyin və tarixi yaddaşın əhəmiyyətini də ön plana çıxarmışdır. Dövlətin ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq proseslərinin həyata keçirilməsi də yeni mərhələnin əsas istiqamətlərindən birinə çevrilmişdir."

Ölkəmizdə dövlət suverenliyinin və konstitusiya dəyərlərinin əhəmiyyətinin 2025-ci ildə ayrıca diqqət mərkəzinə çekildiyini bildirən Pərvanə Vəliyeva bildirib ki, Dövlət Başçısının 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar Konstitusiyanın və dövlət suverenliyinin Azərbaycan dövlətçiliyindəki rolunun ictimaiyyətə çatdırılması, hüquqi maarifləndirmənin gücləndirilməsi və dövlətçilik tarixinin öyrənilməsi baxımından əhəmiyyətli addımdır.

Millət vəkili fikirlərini bu sözlərlə yekunlaşdırıb: "20 Sentyabr Azərbaycan xalqının müstəqillik və dövlətçilik tarixinin mühüm səhifələrindən biri kimi yeni nəsillərə suverenliyin, ərazi bütövlüyünün, Konstitusiyanın aliliyinin və dövlət müstəqilliyinin əhəmiyyətini anlatmaq baxımından xüsusi məna daşıyır. Bütün Respublika ərazisində bu günün qeyd olunması həmçinin Azərbaycanın müasir tarixində mühüm rol oynamış şəhidlərin xatirəsinin yad edilməsini, Vətən uğrunda xidmət göstərmiş hərbçilərin və dövlət qurumlarının fəaliyyətinin xatırlanmasını və ölkənin ərazi bütövlüyü uğrunda aparılmış mübarizənin tarixi aspektlərinin öyrənilməsini əhatə edir."

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Sentyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri