Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır RƏY

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır RƏY

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 sentyabr, AZƏRTAC

Suverenlik Günü Azərbaycan üçün yalnız təqvimdə qeyd olunan bir tarix deyil, dövlət müstəqilliyi, ərazi bütövlüyü və milli iradə baxımından xüsusi siyasi və tarixi əhəmiyyət daşıyan gündür.

Azərbaycanın dövlətçilik tarixində suverenlik məsələsi həmişə əsas prioritetlərdən biri olub. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə ölkənin müstəqil dövlət kimi inkişafının hüquqi-siyasi əsası formalaşdı. Lakin müstəqilliyin elan olunması ərazi bütövlüyünün tam təmin edilməsi demək deyildi. 1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərinin bir hissəsi Ermənistanın işğalı altında qaldı və bu vəziyyət ölkənin suverenliyinin tam şəkildə həyata keçirilməsinə ciddi maneə yaratdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

O bildirib ki, 2020-ci il Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu: “44 gün davam edən müharibədən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Lakin Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin tam bərpası prosesi 2023-cü ildə yekunlaşdı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi hərbi əməliyyatlardan sonra bölgədə Azərbaycanın dövlət suverenliyinin bərpası təmin edildi. Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini bildirdi. Məhz bu hadisənin tarixi əhəmiyyəti nəzərə alınaraq, 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü kimi təsis edildi”.

"Suverenliyin bərpasının əhəmiyyəti yalnız hərbi nəticələrlə məhdudlaşmır. Dövlətin bütün ərazisində konstitusion quruluşun, qanunların və dövlət institutlarının fəaliyyət göstərməsi suverenliyin fundamental göstəricilərindəndir. Bu baxımdan 2023-cü ilin sentyabr hadisələri Azərbaycanın ərazi bütövlüyü məsələsində yeni mərhələnin başlanğıcı oldu.

Suverenlik həm də dövlətin öz xarici və daxili siyasətini müstəqil şəkildə müəyyənləşdirmək imkanını ifadə edir. Azərbaycanın son illərdə regional nəqliyyat, enerji və təhlükəsizlik layihələrində fəallığının artması da bu kontekstdə qiymətləndirilə bilər. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Zəngəzur dəhlizi ətrafında aparılan müzakirələr Azərbaycanın regional bağlantılarda rolunun artmasını göstərən mühüm nümunələrdir", - deyə N.Həsənov vurğulayıb.

Deputat əlavə edib ki, suverenliyin bərpası Azərbaycan üçün, eyni zamanda, yeni məsuliyyətlər yaradır: “Ərazi bütövlüyünün təmin olunmasından sonra əsas məsələlərdən biri davamlı sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın möhkəmləndirilməsidir. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi, sərhədlərin müəyyənləşdirilməsi və nəqliyyat əlaqələrinin bərpası Cənubi Qafqazın gələcək inkişafı baxımından mühüm amillərdir. Suverenlik dövlətin ərazi bütövlüyü ilə yanaşı, onun siyasi müstəqilliyi, hüquqi sistemi, iqtisadi dayanıqlılığı və milli maraqlarını müstəqil şəkildə müdafiə etmək imkanlarını da əhatə edir.

20 sentyabr Azərbaycan üçün bu baxımdan xüsusi rəmzi məna daşıyır. Bu tarix ölkənin uzun illər davam edən münaqişə və işğal dövründən sonra öz ərazisi üzərində dövlət hakimiyyətini tam şəkildə bərpa etməsini ifadə edir. Qarşıdakı mərhələdə isə əsas hədəf əldə olunmuş suverenliyin möhkəmləndirilməsi, sülhün davamlı xarakter alması və Azərbaycanın bütün region üçün iqtisadi əməkdaşlıq və təhlükəsizlik baxımından sabit dövlət kimi rolunun gücləndirilməsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see398

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see349

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see293

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see260

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see259

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see254

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see247

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see240

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see224

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see220

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see215

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see204

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see194

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see194

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see193

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see183

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see181

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see175

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see169

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri