Icma.az
close
up
RU
20 sentyabrın Azərbaycan üçün ən mühüm dərsi...

20 sentyabrın Azərbaycan üçün ən mühüm dərsi...

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin 18 sentyabr 2024-cü il sərəncamı ilə 20 sentyabr-Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis edilib.
20 sentyabr-Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis edilməsindən iki il keçir. Artıq Qarabağ iqtisadi rayonu artıq Azərbaycan iqtisadiyyatına ciddi şəkildə reinteqrasiya olunaraq öz töhfələrini verməklə yanaşı, həm də beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmlənməsində və ciddi oyunçu kimi qəbul edilməsində xüsusi rol oynayır. 
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün təsis edilməsinin tarixi siyasi əhəmiyyəti barədə  Ölkə.az-a müsahibə verən Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə Prezident İlham Əliyevin sərncamını şərh edərək deyib ki, bu sərəncam təkcə Azərbaycanın tam dövlət suverenliyinin bərpası, separatizmin birdəfəlik kökünün kəsilməsi, Qarabağın ölkənin iqtisadi, sosial, humanitar və siyasi məkanına çevrilməsi kimi deyil, həm də dövlətçilik və yeni geosiyasi reallıq yaradılması kimi dəyərləndirmək lazımdır. Bu tarix, eyni zamanda Azərbaycan dövlətçiliyinin bir mərhələsinin başa çatıb tamamilə yeni mərhələnin başlamasıdır.
2023-cü il oktyabrın 15-də isə bu siyasi reallığın simvolik ifadəsi olaraq Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Dövlət Bayrağını ucaltdı. Bayrağın qaldırılması suverenliyin faktiki bərpasının siyasi təsdiqi idi.
-Yəni bu, həm də Arbaycanın bölgədə yeni reallıqlar yaratması və regional əməkdaşlığa yol açması idi?
-Bəli, münaqişənin mövcudluğu regional əməkdaşlıq layihələrinin qarşısında siyasi və təhlükəsizlik baryerləri yaradırdı. Ermənistan-Azərbaycan münasibətlərində davamlı gərginlik isə regionun iqtisadi potensialının tam reallaşmasına imkan vermirdi. Azərbaycanın 2023-cü ildə suverenliyini tam bərpa etməsi, həm də Cənubi Qafqazda köhnə təhlükəsizlik arxitekturasının əsas elementlərindən biri aradan qalxdı.
- Demək Qarabağ bundan sonra yeni regional əməkdaşlıq modelinin mühüm hissəsinə çevriləcək?
-Azərbaycanın həyata keçirdiyi siyasət qələbəni yeni regional əməkdaşlıq modelinə çevriməkdir. Yəni Qarabağın reinteqrasiyası: azad edilmiş əraziləri ölkənin vahid siyasi, iqtisadi, sosial və humanitar məkanına inteqrasiya etmək. Bu proses artıq öz konkret nəticələrini verməkdədir.
Xankəndidə Qarabağ Universitetinin yaradılması bunun ən mühüm nümunələrindən biridir. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı və burada formalaşan əmək bazarının yüksək ixtisaslı kadrlara ehtiyacı nəzərə alınaraq, Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradılıb. Bu faktın siyasi mənası iqtisadi əhəmiyyətindən heç də az deyil. Çünki universitetin yaradılması şəhərin yalnız yaşayış məntəqəsi kimi deyil, intellektual və humanitar mərkəz kimi yenidən qurulduğunu göstərir.
Xankəndidə universitetin ardınca klinika, tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu, mühəndislik, biznes və iqtisadiyyat fakültələri üçün infrastrukturların yaradılması bu transformasiyanın miqyasını göstərir.
Yəni Xankəndidə şəhər həyatının bütün komponentləri; - təhsil, səhiyyə, biznes, mədəniyyət, idman, turizm və istehsal paralel şəkildə qurulur. Bununla da şəhər artıq ölkənin əsas mərkəzlərindən birinə çevrilməkdədir. 2023-cü ilin dekabrında 30 ildən sonra Xankəndidə ilk rəsmi futbol oyununun keçirilməsi, 2025-ci ildə isə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlinin qoyulması, “Xankəndi” Biznes Mərkəzi və Konqres Mərkəzi açılması, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün keçirilməsi bunun bariz nümunəsidir. Bu mənzərə başqa reallıq yaradır. Necə deyərlər Xankəndi keçmiş münaqişənin simvolundan gələcək əməkdaşlığın platformasına çevrilir.
-Bəs Xocalı, Xocavənd, Ağdərə hansı tarixi və mənəvi əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Xocalı faciə simvolundan dirçəliş məkanına çevrilməklə tarixi və mənəvi əhəmiyyəti var.Xocalıda Azərbaycan Bayrağının ucaldılması ilə şəhərin tarixində yeni mərhələ başlayıb. 2026-cı il fevralın 26-da Xocalı Soyqırımı Memorialının açılması isə şəhərin yaddaş siyasətində xüsusi mərhələdir. Burada tarixlə gələcək birləşir. Xocalı həm milli yaddaşın qorunduğu, həm də yeni həyatın qurulduğu şəhərə çevrilir.
Xocavəndə gəldikdə isə öz coğrafiyası və tarixi-mədəni irsi ilə Qarabağın xüsusi iqtisadi və geniş turistik potensiala malik bölgələrindən biridir. Xocavəndin gələcəyində turizm və mədəni irsin də mühüm yeri ola bilər. Tuğ, Azıx və digər tarixi məkanlar bölgənin yalnız yaşayış və iqtisadi ərazi deyil, həm də mədəniyyət, tarix, arxeologiya və turizm məkanı kimi inkişaf etdirilməsi üçün imkan yaradır.
Ağdərənin yaradılması da postmünaqişə mərhələsinin mühüm siyasi-inzibati addımlarından biridir. 2023-cü il dekabrın 5-də qəbul edilən qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişiklik edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb. Bununla yanaşı, Ağdərədə yol, enerji, yaşayış və sənaye infrastrukturu formalaşdırılır. 2026-cı ilin yanvarında “Qozlukörpü” Su Elektrik Stansiyasının açılması, “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti, Ağdərə şəhərinin Baş Planı ilə tanışlıq və Xüsusi Əməliyyat Mərkəzinin təməlqoyma mərasimi onu göstərir ki, bu rayon gələcəkdə iqtisadi və turizm məkanı kimi ölkənin sosial-iqtisadi inkişafında özünəməxsus yeri olacaq.
-Bu şəhərlərin ölkənin ictimai-siyasi həyatına və iqtisadiyyatına reinteqrasiyası ilə bağlı nə deyə birləsiniz?
-Bir ərazinin və ya bölgənin həqiqi reinteqrasiyası yalnız orada həyat bərpa olunduğu zaman baş verir. 2026-cı il avqustun 17-nə olan məlumata əsasən Xankəndidə 119 ailə – 506 nəfər; Xocalıya 1 167 ailə – 4 841 nəfər;
Xocavənddə 988 ailə – 4 070 nəfər; Ağdərədə isə 917 ailə – 3 587 nəfər məskunlaşıb. Beləliklə, yalnız bu dörd şəhər və rayon üzrə ümumilikdə 3 191 ailənin və 13 004 nəfərin məskunlaşması təmin edilib. Bu rəqəmlər 20 sentyabrın mahiyyətini başqa aspektdən də göstərir. Suverenlik yalnız dövlət bayrağının qaldırılması deyil, həm də insanın öz dövlətinin qoruduğu torpağa qayıtmasıdır. Nəticədə etibarı ilə Qarabağ iqtisadi rayonu müharibə coğrafiyasından inkişaf coğrafiyasına çevrilib. Sənaye müəssisələri, kənd təsərrüfatı, enerji layihələri, turizm, xidmət sektoru, logistika və tikinti Qarabağın yeni iqtisadi modelinin əsas istiqamətlərini formalaşdırır. Qarabağ tədricən Azərbaycanın yeni iqtisadi inkişaf məkanlarından birinə çevrilir. Qarabağ yalnız iqtisadi cəhətdən deyil, həm də təhsil, elm, mədəniyyət və humanitar əməkdaşlıq baxımından inkişaf etməkdədir. Qarabağın gələcəyinin insan kapitalı üzərində qurulacağını göstərir.
Bu, Azərbaycanın yumşaq güc potensialı baxımından da mühüm istiqamətdir. Çünki yumşaq güc yalnız öz mədəniyyətini dünyaya təqdim etmək deyil; öz ərazini elm, təhsil, mədəniyyət və beynəlxalq əməkdaşlıq məkanına çevirməkdir. Xankəndidə beynəlxalq tədbirlərin, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsi bu istiqamətdə mühüm siqnaldır.
-Demək istəyirsiniz ki, surverenliyin bərpası təkcə Azərbaycanın regional rolunu artırmadı, həm yeni bir mərhələyə qədəm qoymasına, daha geniş coğrafiyada aktiv oyunçuya çevrilməsinə imkanlar yaratdı?
-Bəli, cənab Prezidentin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı 20 sentyabr sərəncamının daha geniş geosiyasi nəticəsi də məhz burada ortaya çıxır. Bu, Bakının xarici siyasətində yeni imkanlar yaradıb. Əgər əvvəllər Azərbaycanın diplomatik gündəliyinin böyük hissəsini ərazi bütövlüyünün bərpası və işğal faktının aradan qaldırılması təşkil edirdisə, indi əsas məsələ müharibədən sonrakı regional düzənin formalaşdırılmasıdır. Azərbaycan özünü artıq yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, Şərq-Qərb və Şimal-Cənub bağlantılarının mühüm iştirakçısı, enerji və nəqliyyat təhlükəsizliyinin təminatçılarından biri, regional dialoq platforması yaradan dövlət kimi təqdim edir. Bu daha çox “orta güc” anlayışının məntiqinə də uyğun gəlir.
Orta gücün əsas üstünlüyü yalnız hərbi potensial deyil. Əsas üstünlük müxtəlif güc mərkəzlərini birləşdirə bilmək, əməkdaşlıq platformaları yaratmaq, iqtisadi və nəqliyyat bağlantılarını təmin etmək və böhranların həllində konstruktiv rol oynamaqdır. Azərbaycanın çoxvektorlu diplomatiyası məhz bu istiqamətdə inkişaf edir. Qarabağ məsələsinin həllindən sonra Bakının qarşısında daha geniş coğrafiyada - Cənubi Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında – əməkdaşlıq imkanlarını genişləndirmək üçün yeni siyasi kapital yaranıb. Əslində 20 sentyabrın Azərbaycan üçün ən mühüm dərsi budur: Hərbi qələbə son məqsəd deyil. Hərbi qələbə yeni siyasi, iqtisadi və humanitar reallıq yaratmaq üçün başlanğıcdır.
İndi isə qarşıda həmin əraziləri yüksək həyat səviyyəsinə, güclü iqtisadiyyata, müasir infrastruktura, elm və təhsilə, turizmə və beynəlxalq əməkdaşlığa əsaslanan məkana çevirmək kimi daha böyük vəzifə dayanır.
Mürtəza
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Sentyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see277

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see267

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see250

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see238

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see235

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see229

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see229

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see221

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see219

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see212

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see212

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see211

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see209

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see204

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see198

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see198

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see194

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see182

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see175

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri